Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3136/2025 24.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3070.67 manat əsas, 187.4 manat faiz, 81.03 manat cərimə, cəmi 3339.1 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 471.85 manat əsas, 56.27 manat faiz, 8.92 manat cərimə olmaqla, cəmi 537.04 manat borcun və 58.76 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən bank borcluya 36 ay müddətinə illik 16.9% olmaqla 5500 manat məbləğində kredit vermişdir. xx.xx.2023cü il tarixli müqaviləyə əsasən bank borcluya 48 ay müddətinə illik 25% olmaqla 500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin iddiaçı banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3070.67 manat əsas, 187.4 manat faiz, 81.03 manat cərimə olmaqla, cəmi 3339.1 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 471.85 manat əsas, 56.27 manat faiz, 8.92 manat cərimə olmaqla, cəmi 537.04 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2023-cü il tarixli, 12-Y-2-0-1534-23 saylı Kredit Müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, illik fazi dərəcəsi 16.9% olmaqla, cəmi 5500 manat məbləğində kredit 36 ay müddətinə ödəmək şərti ilə Cavabdeh verilmişdir. xx.xx.2023-cü il tarixli, 12-TK-3-0-1537-23 saylı Kredit Müqaviləsindən və onun ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, illik fazi dərəcəsi 25% olmaqla, cəmi 500 manat məbləğində kredit 48 ay müddətinə ödəmək şərti ilə Cavabdeh verilmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə, xx.xx.2023-cü il il tarixli, 12-Y-2-0-1534-23 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 3070.67 manat əsas, 187.4 manat faiz, güzəşt edildikdən sonra 81.03 manat cərimə olmaqla, ümumilikdə cəmi 3339.1 manat borcu yaranmışdır. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə, xx.xx.2023-cü il il tarixli, 12-TK-3-0-1537-23 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 471.85 manat əsas, 56.27 manat faiz, güzəşt edildikdən sonra 8.92 manat cərimə olmaqla, ümumilikdə cəmi 537.04 manat borcu yaranmışdır. Azərbaycan Respublikası 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 58.76 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehdan xx.xx.2023-cü il tarixli, 12-Y-2-0-1534-23 saylı kredit müqaviləsi üzrə 3070.67 manat əsas, 187.4 manat faiz, 81.03 manat cərimə olmaqla, cəmi 3339.1 manat borc, xx.xx.2023-cü il tarixli, 12-TK-3-0-1537-23 saylı kredit müqaviləsi üzrə 471.85 manat əsas, 56.27 manat faiz, 8.92 manat cərimə olmaqla, cəmi 537.04 manat borc olmaqla, ümumilikdə cəmi 3876.14 (üç min səkkiz yüz yetmiş altı manat on dörd qəpik) manat borc və dövlət rüsumu qismində ödənilmiş 58.76 (əlli səkkiz manat yetmiş altı qəpik) manat pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3136/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3136/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver