Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3206/2025 14.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh X3 iştirakı ilə, "xxxx" X8 Səhmdar Cəmiyyətinin X4 qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8732,92 AZN əsas, 1826,24 AZN faiz, 370,5 AZN cərimə borcu olmaqla, cəmi 10.929,66 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 122,79 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizəsini-anketi imzalamaqla Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə illik 26 % olmaqla 11.000 manat məbləğində kredit xətti açılmış, Ümumi Oferta müqaviləsinin 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə ASC-yə cəmi 10929,66 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, ASC-nin nümayəndəsi X6 məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələblərini qəbul etdi. Göstərdi ki, 2023-cü ildə «X7 ASC ilə bağladığı müqaviləyə əsasən təxminən 11.000 manat kredit götürmüş, 1 ilə yaxın ayda 444 manatdan ödəniş etmişdir. Həmin pulla aldığı torpaq sahəsini sata bilmədiyi üçün, həmçinin 2 uşaq üçün aliment ödədiyi üçün sonra banka olan borclarını ödəyə bilməmişdir. Həmin torpaq sahəsini satan kimi borclarını ödəyəcəkdir. 2-ci qrup müharibə əlili kimi 393 manat əlillik pensiyası alır. Bakı Şəhərində JEKdə işləyir, 470 manat əmək haqqı alır. İddianı qəbul edir, imkanı olan kimi borcu ödəyəcək. Borcunu hissə-hissə öədəmək istəyir. Ona görə də hazırda məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və Cavabdeh dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 9269nkBRDb/23 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 11.000 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASCyə 8732,92 AZN əsas, 1826,24 AZN faiz, 370,5 AZN cərimə borcu olmaqla, cəmi 10.929,66 manat kredit borcu yaranmışdır. "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 30 aprel 2025-ci il tarixli BİLDİRİŞdəq görünür ki, ona borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vətəndaşının X1 görünür ki, X5 1975-ci il təvəllüdlüdür, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfin müharibə əlili olmasına dair göstərdiklərini nəzərə alaraq hesab edir ki, iddia ilə tələb olunan 370.5 manat məbləğində cərimə pulu hissəsində tələb qismən təmin edilməli, həmin məbləğ 50 manata endirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8732,92 AZN əsas, 1826,24 AZN faiz, 50 AZN cərimə borcu olmaqla, cəmi 10.609.16 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 121.82 manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 - 8732,92 AZN əsas, 1826,24 AZN faiz, 50 AZN cərimə borcu olmaqla, cəmi 10.609.16 /on min altı yüz doqquz manat on altı qəpik/ manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 121.82 /bir yüz iyirmi bir manat səksən iki qəpik/ manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-3206/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3206/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver