Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3221/2025 05.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" KB ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7965.01 manat əsas kredit borcu, 770.67 manat faiz borcu, 43.92 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8779.60 manat pulun və ödənilmiş 107.80 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavbdehə istehlak məqsədləri üçün 23 ay müddətinə, illik 25% ödəmək şərtilə, 8209 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit müqaviləsinin şərtlərinə borclu tərəfindən əməl edilmədiyi, kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin xx.xx.2025-ci il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş 7965.01 manat əsas, 770.67 manat faiz, 43.92 manat cərimə borcu, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi borcu 8779.60 manat təşkil edir. İddiaçı "xxxx" KB ASC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd ounan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı "xxxx" KB ASC-yə borcu olduğunu, maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, hissə-hissə qaytarmağa razı olduğunu və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 392nkBRD/24 saylı “Kredit Müqaviləsi”nə əsasən, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 23 ay müddətinə, illik 25% faiz ödənilmək şərti ilə 8209.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 392nkBRD/24 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə olan ödənilməmiş borcu 7965.01 manat əsas, 770.67 manat faiz, 43.92 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 8779.60 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 7965.01 manat əsas kredit borcu, 770.67 manat faiz borcu və 43.92 manat cərimə borcu olmaqla, cəmi 8779.60 manat borcu və iddiaçı tərəfindən ödənilmiş 107.80 manat dövlət rüsumu pul vəsaiti cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7965.01 manat əsas kredit borcu, 770.67 manat faiz borcu və 43.92 manat cərimə borcu, cəmi 8779.60 (səkkiz min yeddi yüz yetmiş doqquz manat altmış qəpik) manat məbləğində borc və ödənilmiş 107.80 (bir yüz yeddi manat səksən qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3221/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3221/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver