Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3257/2025 06.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 06 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq 14400 (on dörd min dörd yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 135 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Ağdam rayonunun Xındırıstan kəndində 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyekti var. Obyektin bir hissəsini iddiaçı 2018-ci ildə hazırki iş üzrə cavabdehə icarəyə vermişdir. Cavabdeh bir neçə ay icarə pulunu verdikdən sonra, icarə haqqını verməkdən imtina etmiş və üstəlik iddiaçıya qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı Cavabdeh qarşı obyektdən çıxarılması barədə qarşılıqlı iddia qaldırmış, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)- 1309/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 0,015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikintidən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Sonuncu dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsində xx.xx.2024-cü ildə işə baxılmışdır. Ancaq Cavabdeh bu günədək iddiaçının obyektindən çıxmamışdır. Bununla da cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozmaqda və əldən çıxmış fayda şəklində əlavə ziyan vurmada davam edir. Belə ki, son üç il ərzində iddiaçı obyektini digər bir şəxsə icarəyə versə idi, ən azı aylıq icarə haqqı 400 manat x 36 ay = 14400 manat qazanc əldə edə bilərdi. Cavabdeh bununla əldən çıxmış fayda şəklində iddiaçıya ziyan vurmuşdur. Dəfələrlə obyektindən çıxmasını, əşyalarını götürməsini, açarın iddiaçıya təhvil verməsini İddiaçı Cavabdeh xahiş və tələb etsə də, heç bir müsbət nəticə əldə etməmiş və bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə dair etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı etiraf etmir və hesab edirəm ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, cavabdehlə iddiaçı arasında iddia ərizəsində qeyd edilən obyektin cavabdehə müəyyən məbləğdə icarəyə verilməsinə dair hər hansı bir müqavilə bağlanmamış və aralarında belə bir razılaşma olmamışdır. Həmçinin Cavabdeh iddiası üzrə Gəncə Kommersiya Məhkəməsində işə baxılarkən İddiaçı icarə haqqı ilə bağlı heç bir tələbi olmamış, qarşılıqlı iddia ərizəsində Nərgizin ona məxsus obyektdən çıxarılmasını xahiş etsə də, icarə haqqı istəməmişdir. Lakin aralarında heç bir müqavilə olmamasına və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin obyektin Nərgizə icarəyə verilməsi və ya iddiada göstərilən məbləğdə icarə haqqı verilməsi təsdiq edilməməsinə baxmayaraq, İddiaçı xeyli müddət keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyanı tələb edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Cavabdeh xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyəni qeyd etməklə mülki işi məhkəmə baxışı iclasına təyin edib və işə iştirakı olmadan baxılıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmənin iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı və cavabdeh hər iksinin adına VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2(013)-3257/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3257/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3257/2025
06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver