Məhkəmə qərarları › İş №2(013)-3330/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3330/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3330/2025 03.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 03 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 1100 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi tanıyır, iş yoldaşı olmaqla münasibətləri yaxşı olmuşdur. Cavabdeh iddiaçıya müraciət edərək xəstəsinin olduğunu, xəstəni müalicə etdirmək üçün pula eytiyacı olduğunu bildirmişdir. İddiaçı pulunun olmadığını cavabdehə demişdir. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, sonuncu tanışlarından pul tapıb cavabdehə versin. İddiaçı X1 1100 (bir min yüz) manat borc götürərək cavabdehə vermişdir. Cavabdeh pulu 1 ay müddətinə qaytaracağına söz vermişdir. İddiaçı Xaliq Axundovun borcunu qaytara bilməmiş, bu səbəbdən Xaliq Fəridə qarşı məhkəmədə iddia qaldırmış və Xaliqin iddiası təmin edilmişdir. Hazırda həmin pul iddiaçının əmək haqqından tutulur. Cavabdeh isə iddiaçıdan aldığı pulu bu günə kimi qaytarmamışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Xaliq Axundov əvvəllər onların işlədiyi X6 Şöbəsinin rəisi olmuşdur. Xaliq Axundovdan ümumilikdə 2500 manat borc almış və həmin məbləğin 1100 manat hissəsini Cavabdeh borc vermişdir. Xaliqdən pulu 1500 manat və 1000 manat olmaqla iki dəfəyə almışdır. Xaliqin pulunu vaxtında qaytarmamaış və bundan sonra Xaliq onu məhkəməyə vermişdir. Xocalı Rayon Məhkəməsinin qətnaməsi ilə ondan 2500 manat tutularaq Xaliq Axundova verilməsi qət edilmişdir. Elgiz 1100 manat məbləği ona qaytarmalı olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı bankdan kredit götürərəkən o, sonuncuya zamin qalmışdır. Fərid onu zaminlikdən çıxaracağını demişdir. X7 1100 manat alaraq Naib Rüstənova vermişdir. Fərid Naibin adına kredit götürüb onu zaminlikdən çıxaracağını demişdir. Fəridin verdiyi 1100 manat məbləği o, Xaliq Axundova qaytarmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X3 göstərmişdir ki, İddiaçı 1100 manat borc vermişdir. Fəriddən 1100 manat istəmiş, lakin sonuncu qaytarmamış və Elgizin boynunda qaldığını demişdir. Bundan sonra Elgiz ona 1100 manat qaytarmışdır. Fərid 1100 manatdan əlavə ondan 2500 manat almışdır. Fəridə pul verərkən Elgiz onların yanında olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmədə məlum olduğu kimi İddiaçı X1 1100 manat pul alaraq Cavabdeh vermiş və həmin məbləği Elgizin əvəzində Xaliq Axundova qaytarmışdır. Belə olan halda Cavabdeh İddiaçı onun əvəzində ödəmiş olduğu məbləği iddiaçıya qaytarmalıdır. İddiaçı X1 1100 manat pul alaraq Cavabdeh verməsi iddiaçının izahatı, cavabdehin qismən etirafı, şahidin ifadəsi ilə təsdiq olunmuşdur. Cavabdeh X2 1100 manat qaytardığını bildirsə də və Xaliq Axundov bu halı təsdiq etsə belə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşə baxılarkən məlum olmuşdur ki, Cavabdeh 1100 manat məbləği Xaliq Axundova deyil, İddiaçı qaytarmalı olmuş, lakin öhdəliyinə əməl etməmişdir. Belə ki, iş materiallarında olan Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(070)-288/2024 saylı qətnaməsinin, həmçinin X8 Rayon Məhkəməsinə təqdim etdiyi İddiaçı qarşı olan iddia ərizəsinin surətindən görünür ki, X10 Quliyevdən 11500 manat pul tələb etmiş, onun iddiası qismən, yəni 2755,64 manat hissədə təmin olunmuşdur. Xaliq Axundov 2023-cü ilin dekabr ayında Fəridin ondan iş yoldaşının kreditini bağlamaq üçün 1100 manat borc aldığını, 2024-cü ilin aprel ayında yenidən ondan 2500 manat aldığını, Fəridin 1000 manat borclu olması barədə yazılı qəbz verdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının hazırki tələbi irəli sürərkən ödəməkdən azad edildiyi 31 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 31 (otuz bir) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar