Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3341/2025 24.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 24 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3330 manat və ödənilmiş dövlət rüsumu əvəzində 53,30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi tanıyır, onların münasibəti yaxşı olmuşdur. Cavabdeh avtomobil təmiri ustasıdır. İddiaçının istifadəsində etibarnamə əsasında idarə etdiyi «Mercedes» markalı **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi var. Həmin avtomobildə nasazlıq yaranmışdır. Bu səbəbdən iddiaçı avtomobili xx.xx.2025-ci il tarixdə Ağdam rayonunun Evoğlu kəndində usta kimi fəaliyyət göstərən cavabdehin yanına aparmışdır. Cavabdeh avtomobilə baxdıqdan sonra mühərrik hüssəsində bir neçə detalın dəyişməli olduğunu bildirmişdir. Daha sonra isə mühərrikdə olan nasazlığın başqa səbəblərdən olduğunu bildirərək iddiaçıya ümumilikdə 730 manat məbləğində detallar aldırmışdır. Avtomobil təmir olunmaq məqsədi ilə 4 gün sexdə qalmışdır. 4 gün sonra avtomobilin vəziyyətinin nə yerdə olduğunu öyrənmək üçün iddiaçı cavabdehin yanına getmiş, əgər düzəldə bilmirsə avtomobili başqa usta yanına aparacağını iddiaçı cavabdehə demişdir. Cavabdeh avtomobili düzəltmədiyi halda «Mercedes» markalı nəqliyyat vasitəsini iddiaçıya verəcəyini demişdir. İddiaçı cavabdehlə razılaşmamış və nəqliyyat vasitəsini ona təqdim etdiyi kimi alacağını demişdir. Sonra cavabdeh nəqliyyat vəsiatəsini yoxlamaq məqsədi ilə idarə edərkən nəqliyyat vasitəsinin mühərriki dağılmışdır. İddiaçı cavabdehdən nəqliyyat vasitəsini düzəltməyi tələb etmiş, cavabdeh isə avtomobili təmir etdirəcəyini israrla bildirərək əgər düzəltmək mümkün olmazsa əks təqdirdə yeni mühərrik alacağını bildirmişdir. Cavabdeh avtomobili aparmış, sonradan avtomobilin mühərriki tamamilə yararsız hala düşmüş, cavabdeh avtomobilə mühərrik alacağına söz versə də sonradan vədinə əməl etməmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının avtomobilinin mühərriki tamamilə yararsız hala düşmüşdür. Cavabdeh ilkin olaraq iddiaçıya 730 manat dəyərində ehtiyat hissələri aldırmışdır. Bundan əlavə avtomobilin mühərrikinə 2330 manat dəyərində ziyan dəydiyi məlum olmuşdur. Avtomobilin mühərrikinə dəyən ziyan aşağıdakı kimi qiymətləndirilmişdir: blok - 350 manat, porşen - 360 manat, val kalen-280 manat, yağ nasosu-150 manat, kartet dəsti - 100 manat, rastpridval - 100 manat, stəkan-120 manat, sep-160 manat, kladiş - 120 manat, proklatka dəsti -120 manat, yəhər-160 manat, yağ-110 manat, mühərrikin sökülməsi üçün 200 manat – cəmi 2330 manat. İddiaçı cavabdehə avtomobil üçün 730 manat, 180 manat evakuatora və dəfələrlə gedib gəlməsi üçün 90 manat yanacaq və taksiyə xərc çəkmişdir. Mühərrikin təmiri üçün isə 2330 manat vəsait lazımdır. Cavabdeh boyun qaçırdığı üçün bununla bağlı iddiaçı Ağdam Rayon Polis Şöbəsinə müraciət etmiş, tələbin mülki xarakterli olduğu üçün iddia qaydasında məkəməyə müraciət etməsi ona izah olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasn məhkəməyə ərizə təqdim etməklə iddia tələbinin həcmini azaldaraq Cavabdeh 1000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək və İddiaçı 1000 manat ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin etirafı təsdiq olunmaqla iddia təmin edilməlidir. Belə ki, cavabdeh məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3341/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3341/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver