Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3388/2024 03.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlərin törətdiyi əməllərə, əmlakın pulun mənimsədildiyinə və israf edildiyinə görə hazır ki, mülki iddia ilə dəymiş maddi zərər, Cavabdeh1 17536.82 manat, əlavə olaraq xx.xx.2023-cü il tarixindənxx.xx.2024-cü il tarixədək, toplam 23 ay üçün əldən çıxmış fayda, maddi zərərə görə 4635,9 manat, Mərkəzdəki bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla ödənilməsi və Cavabdeh2 25147.23 manat, Mərkəzdəki bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla əldən çıxmış fayda, israf etməyə və zərərə görə 6648 manat, 7,25 faizlə hesablanmaqla ödənilməsi və 252 manat dövlət rüsumun tərəflər arasında bərabər 50\50 hissələrə bölünərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş üçüncü şəxs "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli X3 göstərilmişdir ki, Cəmiyyətdə satış təmsilçiləri vəzifələrində işləmiş Cavabdeh1 öhdəsində 35 müştəri üzrə 17536.82 manat məbləğində, Cavabdeh2 isə öhdəsində 44 müştəri üzrə 25147.23 manat məbləğində çıtışmazlıq qalmışıdır. Həmin məbləğlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən fiziki şəxslərdən alınmış, lakin camiyyətin xəzonəsinə mədaxil edilməmişdir. Göründüyü kimi, ayrı-ayrılıqda icra edikləri vəzifələrinə görə Cavabdeh1 və Cavabdeh2 bir-biri ilə əlaqədar olmayan müxtəlif sayda müştərilər üzrə müxtəlif məbləğlərdə pul çıtışmazlıqları yaranmışdır. Yəni, Cavabdeh1 və Cavabdeh2 icra edikləri vəzifələrinə görə İddiaçı QSC qarşısında bir-biri ilə əlaqədar olmayan öhdəliklər üzrə mübahisə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazır ki, iddia tələbində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Həmçinin, məhkəmə onun da qeyd edir ki, göstərilən hal işə baxılan zaman ərazi aidiyyəti pozulmasına səbəb olar. Çünki Cavabdeh1 Ağdam rayonu, Qalayçılar kəndində pasport qeydiyyatında olsa da, lakin Cavabdeh2 Xocalı rayonunda pasport qeydiyyatındadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 aid hissədə iddiaçı ərizə ilə aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 157.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavadehlərin törətdiyi əməllərə, əmlakın pulun mənimsədildiyinə və israf edildiyinə görə hazır ki, mülki iddia ilə dəymiş maddi zərər, Cavabdeh1 17536.82 manat, əlavə olaraq xx.xx.2023-cü il tarixindən-xx.xx.2024-cü il tarixədək, toplam 23 ay üçün əldən çıxmış fayda, maddi zərərə görə 4635,9 manat, Mərkəzdəki bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla ödənilməsi və Cavabdeh2 25147.23 manat, Mərkəzdəki bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla əldən çıxmış fayda, israf etməyə və zərərə görə 6648 manat, 7,25 faizlə hesablanmaqla ödənilməsi və 252 manat dövlət rüsumun tərəflər arasında bərabər 50\50 hissələrə bölünərək ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3388/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3388/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver