Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3402/2025 17.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 17 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 2000 (iki min) manat əsas borc məbləğinin, gecikdirilmiş müddətə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə əsasən hesablanacaq dəbbə pulunun (faizlərin) alınaraq ona verilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2023-cü ilin mart ayından tanıyır, bu tanışlıq sonradan yoldaşlıq səviyyəsinə çatmışdır. Cavabdeh təxminən aprel ayının axırlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin Çağırış bölmə rəisinin övladının xəstəliyinə görə hərbi xidmətdən saxlamaq məqsədi ilə 6000 (altı min) manat pul istədiyini və həmin məbləğdən 4000 (dörd min) manat verdiyini, 2000 (iki min) manat çatmadığını bildirmişdir. Bu məqsədlə cavabdeh iddiaçıdan 2000 (iki min) manat borc istəmiş və may ayının sonlarında qaytaracağını demişdir. İddiaçı cavabdehə 2000 (iki min) manat vermiş, lakin avabdeh borc məbləğini razılaşdırılmış müddətdə qaytarmamış, indiyədək öhdəliyini icra etməmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-2743/2024 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 18000 (on səkkiz min) manat ödənilməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2448/2023 nömrəli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 5200 (beş min iki yüz) manat tutulması qət edilmişdir. İş materiallarında olan razılaşma və podrat müqavilələri və şahid ifadələrindən də göründüyü kimi cavabdeh iddiaçını müxtəlif bəhanələrlə aldatmışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, əvvəllər iki dəfə Cavabdeh qarşı iddia qaldırmış və onun tələbi təmin edilmişdir. İlqar barəsində hərbi prokurorluğa şikayət etdiyindən və müraciətinə 6 ay bundan əvvəl cavab aldığından hazırki vaxta qədər 2000 manat pulunu İlqardan tələb etməmişdir. İlqar prokurorluqda verdiyi izahatında ondan 2000 manat aldığını etiraf etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. İddiaçı cavabdehə 2023-cü ildə 2000 manat pul verdyini bildirmişdir. İşə baxılarkən məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2448/2023 saylı və xx.xx.2024-cü il tarixli 2(013)-2743/2024 saylı qətnamələri ilə İddiaçı tələbləri təmin edilərək Cavabdeh müvafiq olaraq 5200 manat və ödənilmiş dövlət rüsumu əvəzində 70 manat alınaraq İddiaçı, həmçinin 18000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 144 manat alınaraq İddiaçı və X1 verilməsi qət edilmişdir. Həmin işlərə baxılarkən İddiaçı Cavabdeh ona əlavə olaraq 2000 manat borcunun olması barədə hər hansı bir fikir bildirməmişdir. Bundan başqa iş materiallarında olan Ağdam Hərbi Prokurorrluğunun 130C-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından məlum olmuşdur ki, İddiaçı Cavabdeh 2000 manat pulunu geri ala bilməməsi ilə bağlı şikayət etmişdir. Həmin vaxt izahat verən Cavabdeh R.İ.Əmədovdan aldığı avtomobilin nasazlığı ilə bağlı işlərin görülməsi ilə əlaqədər sonuncudan 2000 manat aldığını və cəmi 7300 manat təmirə xərc çəkdiyini bildirmişdir. Cavabdeh İddiaçı 2000 manat borc aldığını etiraf etməmişdir. Göründüyü kimi iddiaçı cavabdehə 2000 manat borc verdiyini bildirsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir. Məhz həmin səbəblərdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh əsas borc və faizlərin tutulması barədə iddiası rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən onun məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat əsas borc məbləğinin, gecikdirilmiş müddətə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə əsasən hesablanacaq dəbbə pulunun (faizlərin) alınaraq ona verilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3402/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3402/2025
17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver