Məhkəmə qərarları › İş №2(013)-3450/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3450/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3450/2025 04.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 04 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 5000 (beş min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 iştirakçısı olaraq İİ qrup əlildir, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən ev növbəsində olduğu üçün iddia ərizəsində qeyd etdiyi ünvanda yerləşən 3 otaqlı mənzillə təmin olunmuş və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçının üst qonşusu - Cavabdeh su borusunun nasazlığı nəticəsində onun mənzilinə dəfələrlə su axıdaraq əmlakına və ev əşyalarına külli miqdarda ziyan vurmuşdur. İddiaçı cavabdehə dəfələrlə bu nasazlığın aradan qaldırılması üçün müraciət etsə də, sonuncu ona kobud cavablar verərək vaxtının və pulunun olmadığını deyərək bu kimi əməlləri davam etmişdir. İddiaçı bu məsələ ilə əlaqədar olaraq Abşeron rayon Mehdiabad Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə müraciət etsə də, bu məsələ həll olunmamışdır. Növbəti dəfə Cavabdeh tərəfindən mənzilinin su basmasına görə iddiaçı rəsmi olaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə məlumat vermiş, işin baxılması və aydınlaşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə həvalə edilmiş və iddiaçının 22 yanvar 2025-ci il tarixli müraciətinə dair 05 fevral 2025-ci il tarixdə rəsmi cavab verilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd edilən fəsadın nəticəsində iddiaçının emulsiyası əmlakına külli miqdarda cavabdeh tərəfindən ziyan dəymişdir. Belə ki, mətbəxin döşəməsi, mebeli, divar kağızları, alcipan döşəməsinə, bundan əlavə olaraq hamam otağına da ziyan dəymişdir. Həmçinin su basma nəticəsində eyvana da ziyan dəymişdir. Bütün bu ziyanın nəticəsində iddiaçının əmlakına və əşyalara 5000 (beş min) manat dəyərində ziyan dəymişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, bir dəfə onun yaşadığı binanın 6-cı mərtəbəsindən, bir dəfə isə onun yaşadığı mənzildən su axaraq İddiaçı mənzilinə tökülmüşdür. Samirin evini təmir etdirmək istəmiş, lakin sonuncu ondan imkanı çatmadığı məbləği istəmişdir. Samirin mətbəxini təmir etdirməyə etiraz etmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Şahid qismində məhkəmədə ifadə verən X4 göstərmişdir ki, İddiaçı yaşadığı mənzilə baxış keçirərək dəymiş ziyan barədə rəy yazmış, lakin texniki səhv olaraq rəydə mənzilin nömrəsini düzgün göstərməmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)- 1192/2025 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı vurulmuş ziyana görə 5000 manat tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, iddiaçı onun yaşadığı evə ziyanın cavabdeh (Orxan Salahov) tərəfindən vurulduğunu bildirsə də, qarşı tərəf orada yaşamadığını və ziyan vurmadığını bildirmişdir. İddiaçının yaşadığı evə cavabdehin (Orxan Salahovun) ziyan vurması məhkəmədə təsdiq olunmamış, iddianın Orxan Salahova qarşı irəli sürülməsinin qanuni əsası mövcud deyildir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin MİD-in Mehdiabad MKİS-nin xx.xx.2025-ci il tarixli 497 saylı arayınından görünür ki, Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 67 saylı mənzildə yaşayır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1192/2025 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən və mülki işə əlavə olunmuş digər sənədlərdən, həmçinin X3» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən göründüyü kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3də yerləşən 67 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 67 saylı mənzilinə və mənzildə olan əmlakına dəymiş ziyanın hesablanması üçün xüsusi bilik tələb olunduğundan Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1192/2025 saylı qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edilmədiyindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1192/2025 saylı qərardadı icra edilmədən mülki işin materialları xx.xx.2025-ci ildə Məhkəmə Ekspertizası Mərkəzindən Ağdam Rayon Məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən məhkəmə yenidən ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsi «X3» MMC-yə həvalə edilmişdir. «X3» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində Bakı şəhəri Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 74 saylı mənzilə və əşyalara usta xərcləri ilə birlikdə dəymiş ziyanın 4710 manat təşkil etdiyi göstərilmişdir. Sözügedən ziyanı iddiaçıya onun mənzilinin üstündə yerləşən - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ev 3-də yerləşən 67 saylı mənzildə yaşayan Cavabdeh vurmuşdur. Belə olan halda cavabdeh iddiaçıya vurduğu 4710 manat məbləğində maddi ziyanın əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 67,10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4710 (dörd min yeddi yüz on) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 67 (altmış yeddi) manat 10 (on) qəpik dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan 290 (iki yüz doxsan) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar