Məhkəmə qərarları › İş №2(013)-3509/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3509/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3509/2025 24.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı pul tələbi barədə mülki işə 24 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh A.Ə.Qasımovadan 305 (üç yüz beş) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi tanıyır, onlar həmkəndli olmaqla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2023-cü ildə cavabdeh iddiaçının yaşadığı ünvana gələrək nəvəsinin xəstə olduğunu, ona 100 manat borca pul verməsini, bir aydan sonra qaytaracağını, gec qaytaracağı təqdirdə əldən çıxmış fayda olaraq 10 manat əlavə pul verəcəyini bildirmişdir. Cavabdeh indiyə qədər iddiaçıya olan borcunu qaytarmamışdır. Əldən çıxmış fayda ilə birlikdə cavabdehin iddiaçıya 305 manat borcu var. Cavabdeh iddiaçıya olan 305 manat borcu bu günədək ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Cavabdehin borcunu qaytarması üçün iddiaçının müracətləri heç bir nəticə verməmişdir. İddiaçı bununla bağlı olaraq Ağdam Rayon Prokurorluguna müraciət etmiş və araşdırma aparılması Ağdam Rayon Polis Şöbəsinin təhqiqatçısı Yusif Musayevə həvalə edilmişdir. Ağdam Rayon Polis Şöbəsinin təhqiqatçısı, Yusif Musayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərarda mübahisənin mülki xarakterli olduğu izah edilərək məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyyə edilmişdir. Başqa çıxış yolu qalmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, qardaşı Qarabağ Müharibəsində şəhid olmuşdur. Azadə 2023-cü ildə onun yaşadığı evə gələrək nəvəsinin xəstə olduğunu bildirib ondan borc istəmiş, lakin pensiya almadığını və pulunun olmadığını Azadəyə bildirmişdir. Bundan iki gün sonra pensiyasını almış və Azadə onun evinə gələrək ondan 305 manat borc amışdır. Pulu Azadəyə xx.xx.2023-cü ildə yaşadığı evdə ərinin, oğlunun və gəlininin yanında vermiş, lakin həmin şəxslər Azadəyə verilmiş pulun məbləğini bilməmişlər. Əri xəstə olduğu üçün məhkəməyə gəlməmişdir. Azadə başqa şəxslərdən də pul alaraq qaytarmamış və qəsəbədən getmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh A.Ə.Qasımovaya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdeh A.Ə.Qasımovanın iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X13 göstərmişdir ki, Şövkət və Azadə ilə eyni qəsəbədə yaşayır. Azadənin Şövkətə borclu olduğunu bilmiş, lakin məbləğ ona məlum olmamışdır. Azadə uşağı xəstə olduğu üçün Şövkətdən borc almışdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X9 göstərmişdir ki, Şövkət və Azadə ilə eyni qəsəbədə yaşayır. Azadənin Şövkətə borclu olduğunu bilmiş, lakin məbləği 600 manat bilmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X15 bildirmişdir ki, anası Şövkət bir neçə dəfə qonşusu Azadəyə borc vermişdir. Azadə nəvəsinin xəstə olduğunu deyərək Şövkətdən borc almışdır. Şövkət bir dəfə onun yanında Azadəyə 150 manat vermişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 305 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı məbləği qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İş üzrə dindirilmiş şahidlər məbləği dəqiq göstərə bilməsələr də iddiaçının cavabdehə borc verdiyini təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. İş materiallarında olan Ağdam Rayon Polis X6 təhqiqatçısı X10 HK-1/1324, HK- 1/1325, HK-1/1326 və HK-1/1327 nömrəli materiallar üzrə qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan X4 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək X5 ona olan 150 manat borcunu qaytarmaması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış X19 izahatında göstərmişdir ki, X11 tanıyır, belə ki, həmin şəxs onun həmkəndlisidir, onunla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. təxminən 04 il bundan əvvəl Azadə Qasımova onun yaşadığı kənd ərazisində müxtəlif vaxtlarda ondan hissə hissə ümumilikdə 150 manat borc almış, 01 aydan sonar qaytaracağını bildirmiş, lakin 04 il keçməsinə baxmayaraq ona olan borcunu geri qaytarmamışdır. Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan X1 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək X5 ona olan 250 manat borcunu qaytarmaması barədə məlumat vermişdir. Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan X2 Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək X5 ona olan 250 manat borcunu qaytarmaması barədə məlumat vermişdir. Nəcəfova X22 ravon Prokurorluğuna ərizə ilə müraciət edərək X5 ona olan 305 manat borcunu qaytarmaması barədə məlumat vermişdir. Təhqiqatçı araşdırma zamanı X5 istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayaraq barəsində Ağdam Rayon Polis X7 aparılan araşdırma ilə əlaqədar olaraq izahatının alınmasının zəruriliyi izah edilmiş, lakin Azadə Qasımova aqressiv danışaraq şər-böhtan xarakterli məlumatlar işlədərək izahat verməkdən imtina etdiyini bildirmişdir. X12in barəsində cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhz yuxarıda göstərilən səbəblərdən məhkəmə iddiaçının həqiqəti danışdığı, cavabdehin iddiaçıya 305 manat borclu olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu caavbdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. X3 305 (üç yüz beş) manat alınaraq İddiaçı verilsin. X3 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar