Məhkəmə qərarları › İş №2(013)-3548/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3548/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3548/2025 13.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7300 manat məbləğində maddi ziyanın tam həcmdə və məhkəmə xərclərinin cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı 2024-cü ildə “TikTok” sosial platforması vasitəsi ilə, özünü "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edən Cavabdeh ilə tanış olmuş və Cavabdeh İddiaçı torpaq sahəsi və tikinti işlərinin həyata keçirilməsi barədə yalan vədlər verərək, bu məqsədlə İddiaçı onun etibarından sui-istifadə etmə və aldatma yolu ümumilikdə 7300 manat pul vəsaitini ələ keçirmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(061)-35/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı qarşı dələduzluq yolu ilə maddi zərər vurması müəyyən edilmiş və fakt təsdiqini tapmışdır. Lakin vurulmuş maddi zərər indiyə qədər ödənilməmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə teleqram daxil olmuş və iddiaçı teleqramında, iddia tələbini müdafiə edərək, üzürlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh özünü "xxxx" MMCnin nümayəndəsi kimi təqdim edərək, “TikTok” sosial platforması vasitəsi ilə tanış olduğu, İddiaçı etibarından sui-istifadə edərək ona, torpaq sahəsi və tikinti işlərinin həyata keçirilməsi barədə yalan vədlər verərək, bu məqsədlə İddiaçı aldatma yolu ilə, ümumilikdə 7300 manat pul vəsaitini ələ keçirmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(061)-35/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı qarşı dələduzluq yolu ilə maddi zərər vurması müəyyən edilmiş və fakt təsdiqini tapmışdır. Lakin vurulmuş maddi zərər indiyə qədər ödənilməmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(061)-35/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı və digırlərinə vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunanaları nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 7300 manat məbləğində maddi ziyanın vurulması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin müddəalarından görünür ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7300 manat pul tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə odənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7300 (yeddi min üç yüz) manat məbləğində maddi ziyan tutularaq tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar