Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3596/2025 02.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 02 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3166 (üç min yüz altmış altı) manat 15 (on beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 52 (əlli iki) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı Cavabdeh 2015-ci ilin yanvar ayında bankdan kredit götürmək istədiyini, buna görə bankda kredit müqaviləsi bağlamaq üçün zamin tələb olunduğunu Bəhruza deyərək "xxxx"a gedib zaminlik müqaviləsi bağlamasını xahiş etmişdir. Cavabdeh tezliklə borcunu bağlayacağına, iddiaçı üçün heç bir çətinlik yaranmayacağına söz vermişdir. 19 yanvar 2015-ci ildə cavabdehlə "xxxx" ASC-arasında 2377 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin gün iddiaçı "xxxx" ASC arasında 2377 saylı zaminlik müqaviləsi də bağlanmışdır. İddiaçı həmin müqaviləyə görə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə banka 2283,69 manat əsas kredit borcu, 456,46 manat kreditdən istifadəyə görə faiz borcu cəmi 3040,15 manat borcu yaranmışdır. Ləğv prosesində olan "xxxx" ASC cavabdehə və iddiaçıya qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Kəlbəcər Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 19 yanvar 2015-ci ildə Cavabdeh ilə "xxxx" ASC-arasında bağlanmış 2377 saylı kredit müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə cavabdehdən və iddiaçıdan birgə qaydada 2583,69 manat əsas kredit borcu, 456,46manat kreditdən istifadəyə görə faiz borcu - cəmi 3040,15 manat alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh borcunu ödəmədiyinə görə iddiaçının əmək haqqından "xxxx" ASC nin xeyrinə 3040,15 manat borc, 20 manat dövlət rüsumu və icra ödənişi olaraq 106,40 manat pul tutulmuşdur. İddiaçı cavabdehdən ödədiyi 3166,55 manat pulu tələb etsə də, o, müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. İddiaçı işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(040)- 206/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh birgə qaydada 2583,69 manat əsas kredit borcu, 456,46manat kreditdən istifadəyə görə faiz borcu - cəmi 3040,15 manat alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 111 saylı arayışından görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli Ş.Ş.115118/18 saylı məktubuna əsasən İddiaçı əmək haqqından 3040, 15 manat borc, 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmuşdur, həmçinin iddiaçıdan 106,40 manat icra ödənişi alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmədə məlum olduğu kimi 19 yanvar 2015-ci ildə cavabdehlə "xxxx" ASC-arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illlik 20 faizlə 2377 manat kredit verilmişdir. Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün həmin bankla İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə "xxxx" ASC-dən aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan kredit müqaviləsindən irəli gələn 3040,15 manat borc, 20 manat dövlət rüsumu zaminlik müqaviləsinə əsasən İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmiş, həmçinin iddiaçıdan 106,40 manat icra ödənişi tutulmuşdur. Belə olan halda Cavabdeh İddiaçı banka ödəmiş olduğu məbləği iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 52 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3166 (üç min yüz altmış altı) manat 15 (on beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 52 (əlli iki) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3596/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3596/2025
02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver