Məhkəmə qərarları › İş №2(013)-3724/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3724/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3724/2025 22.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, 3264 saylı malların nisyə alqı-satqısı haqqında müqaviləyə əsasən 713 manat ödənilməmiş hissə, 165 manat dəbbə pulu, ümumilikdə 878 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3264 saylı malların nisyə alqı-satqısı haqqında müqaviləyə əsasən, cavabdehin nisyə satış qiyməti 1100 manat dəyərində olan 1 ədəd TV Haier 55 Düyümü ilkin ödəniş olaraq 0 manat ödədikdən sonra, 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə aldığı və nəticədə 878 manat borcu, bundan 713 manat ödənilməmiş hissə, 165 manat dəbbə pulu yaranmışdır. Qeyd olunan müqavilənin 10-cu maddəsinə əsasən alıcı ödəmələrin həyata keçirilməsini gecikdirdiyi təqdirdə, hər gecikdirilən gün üçün aylıq ödəniş məbləğinin 01%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixinə əsasən, xx.xx.2023-cü il tarixli, 3264 saylı müqavilə üzrə 1 ədəd TV Haier 55 Düyümü ilkin ödəniş olaraq 0 manat ödədikdən sonra, 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almış və nəticədə 713 manat ödənilməmiş hissə və 165 manat dəbbə pulu olmaqla ümumilikdə 878 manat borc yaranmışdır. Həmçinin, İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilə üzrə tətbiq olunmuş 165 manat məbləğində cərimənin 120 manat hissəsində, cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 45 manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia qismən təmin edilməli, cavabdehdən 713 manat ödənilməmiş hissə, 45 manat cərimə olmaqla, ümumilikdə 758 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 713 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu olmaqla, ümumilikdə 758 (yeddi yüz əlli səkkiz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar