Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3944/2025 04.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı X6, Cavabdeh, Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi - Ağdam Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi-psixoloqu X2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı valideynlik hüququndan məhrumetmə tələbi barədə mülki işə 04 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində xx.xx.2008-ci il təvəllüdlü X4 münasibətdə Cavabdeh valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X11 xx.xx.2008-ci ildə doğuş vaxtı vəfat etmişdir. Uşağın atası Həbib Ətapur heç bir səbəb olmadan uşağı xəstəxanadan götürməkdən imtina etmişdir. Həmin vaxtdan Şölənin övladı X9 onun nəzarəti altında yaşayır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 136 saylı sərəncamı ilə iddiaçı uşağa qəyyum təyin edilmişdir. Uşaq hazırda iddiaçının evində və himayəsində yaşayır. Bu günə qədər Həbib ata kimi uşaqla maraqlanmamış, uşağın saxlanılmasında, ehtiyaclarının ödənilməsində iştirak etməmişdir. Cavabdeh uşaqdan imtina etmiş, valideynlik vəzifələrini yerinə yetirməmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi qismində məhkəmədə izahat verən T.Q.Tanrıverdiyev iddianı əsaslı hesab edərək təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan AZ-İİ № 107469 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci ildə anadan olmuş, atası X7, anası isə X10r. AZ-İ № 297562 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 136 saylı sərəncamının surətindən görünür ki, X1 Nişanə Həbib qızına qəyyum təyin edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2026-cı il tarixli 5-31/2/1-27-2026 saylı rəyindən görünür ki, həmin Komissiya Cavabdeh atalıq hüququndan məhrum edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş Nişanə adlı uşağına münasibətdə valideynlik vəzifələrini yerinə yetirməmiş, anası vəfat etmiş uşağı doğum evindən götürməkdən imtina etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 136 saylı sərəncamı ilə X1 Nişanə Həbib qızına qəyyum təyin edilmişdir. Bu hal aşağıda göstərilən qanun normalarının tələblərinə görə Cavabdeh Nişanə adlı uşağına münasibətdə valideynlik hüququndan məhrum edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir: 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 65.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Həmin Məcəllənin 65.5-ci maddəsində göstərilmişdir ki, valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Bütün bunlarla yanaşı Cavabdeh məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin Sarıçoban kəndində qeydiyyatda olan Ətəpur (Sadıqov) Həbib Məhərrəm oğlu xx.xx.2008-ci il təvəllüdlü uşağı X4 münasibətdə valideynlik hüququndan məhrum edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3944/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3944/2025
04.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver