Məhkəmə qərarları › İş №2(013)-3968/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3968/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3968/2025 25.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 25 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 55 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh və sonuncunun qardaşı X4 tanımış, onlar kübrə alveri ilə məşğul olurlar, münasibətləri yaxşı olmuşdur. Cavabdeh əvvəllər X5 İdarəsində, hazırda isə X3 İdarəsinə işləyir. Cavabdeh iddiaçıdan xx.xx.2023cü ildə 3500 manat dəyərində kübrə almışdır. Cavabdeh götürdüyü kübrənin pulunu ödəməyi yubandırmışdır. İddiaçı qardaşlara məxsus anbardan həmin kübrəni götürmək istərkən Cavabdeh kübrəni götürməməyi iddiaçıdan xahiş edərək pulunu özünün ödəyəcəyini bildirmişdir. Cavabdeh yaxın vaxtlarda kübrənin pulunu ödəyəcəyini iddiaçıya söz vermişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ödəməmişdir. İddiaçı bununla bağlı Ağdam Rayon Polis Şöbəsinə də müraciət etmiş, Cavabdeh polis şöbəsində izahat verərək borcunu etiraf etmişdir. Ağdam Rayon Polis X1 müstəntiqi M.Behbudovun qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki iddia qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü ildə Cavabdeh kübrə almaq üçün ona müraciət etmişdir. İlkinin qardaşı olmaqla «Aqrostar» şirkətində işləyən Ceyhun ondan mal alıb aparmışdır. Ceyhun Elmir adlı şəxslə onun yanına gələrək ondan mal götürmüşdür. Elmirin apardığı malın qiyməti 2480 manat olmuşdur. Elmir iki günə malı satıb pulu gətirəcəyini demiş, lakin pulu verməmişdir. Elmirlə əlaqə saxladıqda sonuncu malın pulunu Ceyhunun ödəyəcəyini ona bildirmişdir. Ceyhun ondan qaçıb gizlənmişdir. Ceyhunun yaşadığı evə getdikdə Ceyuhunu evdə tapa bilməmiş, İlkin isə malın pulunu ödəyəcəyini ona demişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun şikayəti əsasında Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılarkən cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Bu səbəbdən Ağdam Rayon Polis X2 HK-1/1778 saylı material və həmin material üzrə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti polis şöbəsindən götürülmüşdür. Sözügedən materialda Cavabdeh İddiaçı borclu olması barədə etirafedici izahat və ifadəsi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı əşyanı Cavabdeh mülkiyyətinə verməsini, sonuncunun isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsini məhkəmədə sübut edə bilməmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında kübrəni Cavabdeh deyil, başqa şəxsə satdığını bildirmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3500 manat məbləğində iddia rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı iddiasının ödənilmiş dövlət rüsumu əvəzində 55 manat tələbinə dair hissəsi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 3500 (üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 55 manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar