Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-4106/2025 19.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26500 manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinin və digər sənədlərin sürətləri göndərilmiş, ona məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və onun tərəfindən heç bir vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahatında iddianı müdafiə edərək, Cavabdeh onun oğlu X3 əsgər yoldaşı kimi tanıdığını və həmin vaxtdan münasibətlərinin olduğunu, təxminən 2024-cü ildə onun oğlu ilə mal-qara alveri ilə məşğul olmaq istədiklərini və bu məqsədlə oğlu vasitəsi ilə, cavabdehə müxtəlif vaxtlarda olmaqla, 2 dəfə 18500 manat, daha sonra 10000 manat pul verdiyini, qeyd olunan məbləğlərin 230, 235 və 170 manat gəlirlə ona qaytarıldığını, onların heç vaxt mal-qara alverində iştirak etmədiklərini, sonuncu dəfə isə cavabdehə xx.xx.20254-cü il tarixdə 26500 manat pulu oğlu vasitəsilə göndərdiyini və oğlunun qeyd olunan məbləği Mingəçevir şəhəri, Samux küçəsində Cavabdeh verdiyini, 10 gündən sonra cavabdehlə əlaqə saxlamağın mümkün olmadığını, Cavabdeh başqa şəxslərdən də eyni yolla pullar əldə etdiyini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-49/2025 saylı hökmü ilə Cavabdeh ona qarşı dələduzluq yolu ilə maddi zərər vurmasının müəyyən edildiyini və faktın təsdiqini tapmasını, lakin vurulmuş maddi zərərin indiyə qədər ödənilmədiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh özünün X4 və onun oğlu ilə mal-qara alveri ilə məşğul olmaq istədiyini və iddiaçının bu məqsədlə oğlu vasitəsi ilə, cavabdehə müxtəlif vaxtlarda olmaqla, 2 dəfə 18500 manat, daha sonra 10000 manat pul verdiyini, qeyd olunan məbləğlərin 230, 235 və 170 manat gəlirlə ona qaytarıldığını, onların heç vaxt mal-qara alverində iştirak etmədiklərini, sonuncu dəfə isə cavabdehə xx.xx.20254-cü il tarixdə 26500 manat pulu oğlu vasitəsilə göndərdiyini və oğlunun qeyd olunan məbləği Mingəçevir şəhəri, Samux küçəsində verdiyini, 10 gündən sonra cavabdehlə əlaqə saxlamağın mümkün olmadığı, beləliklə, cavabdehin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda, tanışı X.Quliyevdən, ümumilikdə 26500 manat pul vəsaitini ələ keçirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-49/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh X2 və digərlərinə qarşı dələduzluq yolu ilə maddi zərər vurması müəyyən edilmiş və fakt təsdiqini tapmışdır. Lakin vurulmuş maddi zərər indiyə qədər ödənilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(051)-49/2025 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs X2 və digırlərinə vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunanaları nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı X2 26500 manat məbləğində maddi ziyanın vurulması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin müddəalarından görünür ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26500 manat pul tutulub iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 169.50 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 26500 (iyirmi altı min beş yüz) manat məbləğində maddi ziyan tutularaq tutularaq İddiaçı ödənilsin. Cavabdeh 169.50 (bir yüz almış doqquz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu pul vəsaiti tutularaq Dövlət gəlirlərinə alınsın. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-4106/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-4106/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver