Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-424/2024 17.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan qismində 5000.00 (beş min) manat məbləğində pulun və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Cavabdeh iddia ərizəsinin və digər sənədlərin sürətləri göndərilmiş, ona məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəməyə onun tərəfindən heç bir vəsatət daxil olmamışdır. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, 2022-ci ilin fevral ayında yaxın qohumu Y.Qurbanova müraciət edərək dostunun oğlunun Gürcüstan Respublikasında aldığı ali təhsil barədə diplomunun Azərbaycanda qeydiyyatdan keçirilərək təsdiq edilməsi üçün köməklik göstərməsini xahiş etdiyini, bir müddət sonra Y.Qurbanovun təhsil nazirliyində qohumları işləyən bir nəfərə 5000 manat məbləğində hədiyyə alınmalı olduğunu söylədiyini və özünün bu məqsədlə həmin məbləği Yusuba verdiyini, lakin pulun kimə verilməsində iştirakının olmadığını, aradan iki ay keçsədə məsələnin həll olunmadığı üçün Yusuba müraciət etdikdə pulun Cavabdeh verildiyini öyrəndiyini, beləliklədə Cavabdeh etibardan sui istifadə etməklə ona məxsus 5 000 manat pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etdiyini, məsələnin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə də öz əksini tapdığını bildirərək ona dəymiş 5 000 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, heç bir səlahiyyəti olmadığı halda, tanışı X3 sonuncunun qohumu İddiaçı dostunun övladı X2 Gürcüstan dövlətində ali təhsil alması barədə diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyinə dair yalan vəd verib onun cinayətkar niyyətindən xəbərsiz olan Yusub Qurbanovu aldadaraq sonuncunun etibarından sui-istifadə edib bu adla Yusub Qurbanovdan 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 25 ünvanında yerləşən "Faxralı" kafesində Qəzənfər Qurbanlıya məxsus 5000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə İddiaçı ümumilikdə 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdən də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 323/2023 saylı 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Cavabdeh qızı Azərbaycan Respublikasının CM-nin 178.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Nizami Rayon Məhkəməsinin 16 noyabr 2023-ci il tarixli, 1(103)-2136/2023 saylı qərarı ilə məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-323/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə nisbətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan hökmün məzmunundan aydın olur ki, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində İddiaçı 5 000 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd olunanaları nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 5 000 manat məbləğində maddi ziyanın vurulması iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çixaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin müddəalarından görünür ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5 000 manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5000.0 (beş min) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-424/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-424/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver