Məhkəmə qərarları › İş №2(013)-431/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-431/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-431/2025 06.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 və Cavabdeh2 qarşı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat məbləğndə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası və baxış iclasları keçirilmiş, zərər məbğləği Ağdam Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli Hökmü ilə bağlı olduğundan və həmin hökmdən verilən apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb nəticə verilmədiyindən iclaslar bir neçə dəfə təxir edilmişdir. Hazırda məhkəməyə ərizə verən İddiaçı ona vurulmuş zərərin apellyasiya instansiyasında işə baxılarkən ödənildiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göründüyü kimi iddiaçının tələbi təmin eilib, ona vurulan zərər məbləği ödənilib. Belə olan halda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X1 və Cavabdeh2 qarşı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, sənədlər özünə qaytarılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar