Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-447/2023 14.03.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, xx.xx.1961-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam şəhərində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 5 mənzil 58-də yaşayan X3 oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Q.Z.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib on manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 12737416 saylı qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-447/2023 saylı qərarı ilə həmin Məcəllənin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. R.F.Əliyev barəsində qərar qəbul edildikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarı ilə təyin edilmiş cəriməni və dəbbə pulunu ödəmişdir. Məhkəmə X2 barəsində tərtib olunmuş protokolu və digər sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərara xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsində göstərilmişdir ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 128-130- cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: X1 nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılması barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-447/2023 saylı qərarına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-447/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-447/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver