Məhkəmə qərarları › İş №2(013)-464/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-464/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-464/2025 14.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kreditin və kredit faizlərinin ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 801.61 manat əsas borcun, 44.34 manat faiz borcu, 21.90 manat cərimə, 110.02 manat əldən çıxmış fayda olmaqla cəmi 977.87 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müraciətinə əsasən, onunla BOKT "xxxx" MMC-nin Ağdam filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, L-AD/0064050-F saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən cavabdehə 12 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaq şərtilə 1500 manat məbləğində “Mal-qara alışı” məqsədilə kredit rəsmiləşdirilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə təşkilat arasında xx.xx.2023-cü il tarixli, L-AD/0064050 saylı Birgə borcluluq müqaviləsi və Cavabdeh5 ilə təşkilat arasında xx.xx.2023-cü il tarixli, L- AD/00006560 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən onlar kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin təşkilata 801.61 manat əsas borcun, 44.34 manat faiz borcu, 21.90 manat cərimə, 110.02 manat əldən çıxmış fayda olmaqla cəmi 977.87 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli, L-AD/0064050-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən 12 ay müddətinə hər gecikdirilmiş gün üçün əsas məbləğin 27%-i həcmində cərimə olmaq şərtilə 1500 (bir min beş yüz) manat məbləğində kredit rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, L-AD/0064050 saylı X1 görünür ki, borclular Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 L-AD/0064050-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, L-AD/00006560 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 L- AD/0064050-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. BOKT "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə, kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 801.61 manat əsas borcun, 44.34 manat faiz borcu, 21.90 manat cərimə, 110.02 manat əldən çıxmış fayda olmaqla cəmi 977.87 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada, 801.61 manat əsas borcun, 44.34 manat faiz borcu, 21.90 manat cərimə olmaqla, cəmi 867.85 manat borc və dövlət rüsumu qismində 30.40 manat tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddanın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 801.61 manat əsas borcun, 44.34 manat faiz borcu, 21.90 manat cərimə olmaqla cəmi 867.85 (səkkiz yüz altmış yeddi manat səksən beş qəpik) borc və dövlət rüsumu qismində ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddanın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar