Məhkəmə qərarları › İş №2(013)-466/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-466/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-466/2025 14.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada, kredit müqaviləsi üzrə 2173.66 manat əsas borcun, 690.91 manat faiz borcu, 192.70 manat cərimə, 316.93 manat əldən çıxmış fayda olmaqla cəmi 3374.20 manat borcun və 54.40 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli müraciətinə əsasən, onunla BOKT "xxxx" MMC-nin Ağdam filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, L-AD/0062370-F saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 29% olmaq şərtilə 3000 manat məbləğində “Tibbi ehtiyaclar” məqsədilə kredit rəsmiləşdirilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X3, Cavabdeh3 ilə təşkilat arasında xx.xx.2023-cü il tarixli, L-AD/0062370 saylı Birgə borcluluq müqaviləsi və X3 ilə təşkilat arasında xx.xx.2023-cü il tarixli, L-AD/00006210 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən onlar kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlərin təşkilata 2173.66 manat əsas borcun, 690.91 manat faiz borcu, 192.70 manat cərimə, 316.93 manat əldən çıxmış fayda olmaqla cəmi 3374.20 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli, L-AD/0062370-F saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən 24 ay müddətinə hər gecikdirilmiş gün üçün əsas məbləğin 29%-i həcmində cərimə olmaq şərtilə 3000 (üç min) manat məbləğində kredit rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, L-AD/0062370 saylı X2 görünür ki, borclular X3, Cavabdeh3 kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 L- AD/0062370-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, L-AD/00006210 saylı zaminlik müqaviləsindən görünür ki, zamin X3 kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 L- AD/0062370-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşdür. BOKT "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə, kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-yə 2173.66 manat əsas borcun, 690.91 manat faiz borcu, 192.70 manat cərimə, 316.93 manat əldən çıxmış fayda olmaqla cəmi 3374.20 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada, 2173.66 manat əsas borcun, 690.91 manat faiz borcu, 192.70 manat cərimə olmaqla, cəmi 3057.27 manat borc və dövlət rüsumu qismində 54.40 manat tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddanın qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 2173.66 manat əsas borcun, 690.91 manat faiz borcu, 192.70 manat cərimə olmaqla cəmi 3057.27 (üç min əlli yeddi manat iyirmi yeddi qəpik) borc və dövlət rüsumu qismində ödənilmiş 54.40 (əlli dörd manat qırx qəpik) manat pul tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddanın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar