Məhkəmə qərarları › İş №2(013)-554/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-554/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-554/2024 22.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh Zeynalabdı qızına və X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ləğvedici Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh Zeynalabdı qızı və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12146.96 manat əsas kredit borcu, 92.37 manat faiz olmaqla, cəmi 12239.33 manat borc, 127.12 manat ödənilmiş dövlət rüsumu və 45 manat bildirişin DƏDRX-də qeydiyyata alınması barədə ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh Zeynalabdı qızına məxsus ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlaklar ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədikdə, qalan borc məbləğinin Cavabdeh Zeynalabdı qızından tutulması, əmlak satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra Cavabdeh Zeynalabdı qızının həmin əmlakdan çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh Zeynalabdı qızı arasında xx.xx.2019-cu il tarixli, 115.LN.1676.291219.00003 saylı kredit müqaviləsinin bağlanmış və kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh Zeynalabdı qızına 12501 manat məbləğində pul vəsaiti 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, №********** çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh Zeynalabdı qızına məxsus olan ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarətfərdi yaşayış evi kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulmuş və fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh Zeynalabdı qızı arasında xx.xx.2012-ci il tarixli 115.CL.100512.00002/c saylı və xx.xx.2019-cu il tarixli, 115.CL.291219.00002/c saylı sonrakı ipoteka müqaviləsinin bağlandığı, müqavilə bağlanqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ipotekanın dövlət qeydiyyatının aparılması, bununla bağlı xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışın verilməsi, İddiaçı ASC-nin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh Zeynalabdı qızına verilməsi, cavabdehə kredit verilərkən X3 ilə bank arasında 115.CL.291219.00003/a saylı xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinin bağlandığı, lakin cavabdehlərin kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri hər ay ödəməli olduğu halda buna əməl etməməsi və İddiaçı ASC-yə olan kredit borcunun əsas məbləğ üzrə 12146.96 manat, faiz borcu 92.37 manat olmaqla cəmi 12239.33 manat təşkil etməsi göstərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Ülviyyə Xəlilovadan xx.xx.2024-ci il tarixdə məhkəməyə ərizə daxil olmuş və ərizədə iddia tələbini müdafiə etdiklərini göstərmiş və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh Zeynalabdı qızı və X3 məhkəmə iclasına gəlməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 115.LN.1676.291219.00003 saylı Kredit müqaviləsinin surətindən görünür ki, LPO İddiaçı ASC Cavabdeh Zeynalabdı qızına 12 aylıq güzəştlə, 60 ay müddətinə, illik 1% olmaqla, cəmi 12501 (on iki min beş yüz bir) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 115.CL.291219.00003/a saylı xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki, X3, LPO İddiaçı ASC ilə Cavabdeh Zeynalabdı qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.291219.00003 saylı Kredit müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 115.CL.291219.00002/c saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh Zeynalabdı qızı arasında bağlanmış ipoteka saxlayan LPO İddiaçı ASCdir, ipoteka qoyan və borc alan Cavabdeh Zeynalabdı qızıdur, ipoteka müqaviləsinin predmeti - Cavabdeh Zeynalabdı qızına məxsus ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi ilə birlikdədir. Həmin Müqavilənə əsasən, borc alan kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəmə vasitəsi ilə ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarında olan MA seriyalı, ********** nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 239 kv.m. ümumi, 94.6 kv.m. yaşayış, 144.4 kv.m. yardımçı sahədən ibarət yaşayış evi və 0.22 ha birgə torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində Cavabdeh Zeynalabdı qızının adına qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi 0.10 ha torpaq sahəsi ilə birlikdə 0.1 ha, 131 kv.m. sahədən ibarət yaşayış evi öhdəliyin təminatı kimi iddiaçı LPO İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 25 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan LPO İddiaçı ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********355 saylı ərizəsindən görünür ki, ipoteka qoyan Cavabdeh Zeynalabdı qızına ünvanlanmış xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ləğv prosesində olan LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Zeynalabdı qızınun xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə 12146.96 manat əsas kredit borcu, 92.37 manat faiz borcu, cəmi 12239.33 manat məbləğində pul təşkil edir. Mülki iş üzrə məhkəmənin`xx.xx.2022-ci il tarixli, 2(013)-1605/2024 saylı qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nə tapşırılmış və ekspertin qarşısında Cavabdeh Zeynalabdı qızına məxsus ünvan 1ində yerləşən 1 mərtəbəli 3 otaqlı 81.1 kv.m. yaşayış, 49.9 kv.m. yardımçı, 131 kv.m. ümumi sahədən ibarət yaşayış evi və 0.10 ha birgə torpaq sahəsi ilə birlikdə, əmlakın hazırkı bazar qiymətinin nə qədər olması barədə suallar qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh Zeynalabdı qızına məxsus ünvan 1i ünvanında mülkiyyətdə olan 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bazar və likvid qiyməti müəyyən edilmişdir. Həmin əmlakın xx.xx.2022-ci il tarixinə olan bazar qiyməti: - 0.10 ha torpaq sahəsin bazar qiyməti 12.000 (on iki min) manat, likvit qiyməti isə 9.000 (doqquz min) manat, fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) xx.xx.2022-ci il tarixinə olan bazar qiyməti 65.000 (altmış beş min) manat, likvid qiyməti isə 50.000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 269.7-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girovla yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra- «İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka qiymətinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh Zeynalabdı qızından və X1 12146.96 manat əsas kredit borcu, 92.37 manat faiz olmaqla, cəmi 12239.33 (on iki min iki yüz otuz doqquz manat otuz üç qəpik) manat borc, 127.12 (bir yüz iyirmi yeddi manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu və 45 (qırx beş) manat bildirişin DƏDRX-də qeydiyyata alınması barədə ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməli, Həmin tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh Zeynalabdı qızına məxsus ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılmalı və əldə edilmiş vəsaitdən kredit müqaviləsi üzrə 12146.96 manat əsas kredit borcu, 92.37 manat faiz olmaqla, cəmi 12239.33 manat borc, 127.12 manat ödənilmiş dövlət rüsumu və 45 manat bildirişin DƏDRX-də qeydiyyata alınması barədə ödənilmiş dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 12.000 manat və həmin 0.10 ha torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməli,Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh Zeynalabdı qızından tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 127.12 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının 350 manat dəyəri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh Zeynalabdı qızından və X1 12146.96 manat əsas kredit borcu, 92.37 manat faiz olmaqla, cəmi 12239.33 (on iki min iki yüz otuz doqquz manat otuz üç qəpik) manat borc, 127.12 (bir yüz iyirmi yeddi manat on iki qəpik) manat ödənilmiş dövlət rüsumu və 45 (qırx beş) manat bildirişin DƏDRX-də qeydiyyata alınması barədə ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. Həmin tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh Zeynalabdı qızına məxsus ünvan 1ində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılsın və əldə edilmiş vəsaitdən kredit müqaviləsi üzrə 12146.96 manat əsas kredit borcu, 92.37 manat faiz olmaqla, cəmi 12239.33 manat borc, 127.12 manat ödənilmiş dövlət rüsumu və 45 manat bildirişin DƏDRX-də qeydiyyata alınması barədə ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan ünvan 1ində yerləşən 0.10 ha torpaq sahəsinin ilkin satış qiyməti 12.000 (on iki min) manat və həmin 0.10 ha torpaq sahəsində yerləşən l mərtəbəli, 3 otaqlı 81.1 kvadrat metr yaşayış, 49.9 kvadrat metr yardımçı olmaqla ümumilikdə 131 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh Zeynalabdı qızından tutulsun. İş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 350 (üç yüz əlli) manat ekpertiza xərci Cavabdehlər Cavabdeh Zeynalabdı qızından və X1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar