Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-557/2024 02.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 02 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 13000 (on üç min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2023-cü ildə Cavabdeh 3000 manat vermiş, sonuncu isə bir il müddətə ona sənəd üzərində 3 ha, sənədsiz isə 3,80 ha olan torpaq sahəsini icarəyə vermiş, lakin aralarında yazılı müqavilə olmamışdır. Sözügedən torpaq sahəsindən təxminən 900 ədəd yonca kipi götürərək hər birini 5-6 manata satmışdır. Çəkdiyi xərclərdən əlavə yoncadan 3000 manat əldə etmişdir. Bundan başqa əkin sahəsində heyvanlarını otarmışdır. Ədalət ona torpaq sahəsini verərkən su ilə təmin edəcəyini bildirmiş, lakin su verməmişdir. Su problemi ilə əlaqədar olaraq icra hakimiyyətinə dəfələrlə müraciət etmiş, lakin heç bir müsbət nəticə əldə etməmişdir. Ədalətin onu su ilə təmin etməməsi nəticəsində təxminən 10000 manat gəlirdən məhrum olunduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Ağdam rayonunun Ayaqqərvənd qəsəbəsində ona dövlət tərəfindən şərti olaraq 3 ha torpaq sahəsi verilmiş, lakin digər kənd sakinləri, həmçinin o, dövlət aktı ilə təmin edilməmişlər. 2022-ci ilin sentyabr ayında torpaq sahəsini bir il müddətə İddiaçı icarəyə vermiş və buna görə sonuncudan 3000 manat almışdır. Göygözlə aralarında yazılı müqavilə olmamış və buna səbəb dövlət aktının olmaması olmuşdur. Göygöz onun torpaq sahəsindən 2023-cü ilin noyabr ayında çıxmalı olduğu halda sözünə əməl etməyərək gec çıxmışdır. Göygöz onun torpaq sahəsindən 1200 ədəd yonca kipi əldə edərək hər birini 6 manata satıb xeyli gəlir əldə etmişdir. İddiaçı əsassız tələblə məhkəməyə müraciət etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə baxışında hər iki tərəfin verdiklərin izahatdan məlum olmuşdur ki, onlar arasında yazlı müqavilə olmadan Cavabdeh İddiaçı 3000 manat alaraq sonuncuya 3 ha torpaq sahəsini bir il müddətə icarəyə vermişdir. İddiaçı özünün məhkəmədə verdiyi izahatında qeyd etdiyi kimi sözügedən torpaq sahəsindən yonca kipləri əldə edərək satıb xərclərindən əlavə 3000 manat qazanc əldə etmişdir. Cavabdeh iddiaçıya zərər vurması məhkəmə baxışında təsdiq olunmamışdır. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 13000 (on üç min) manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-557/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-557/2024
02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver