Məhkəmə qərarları › İş №2(013)-563/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-563/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-563/2024 15.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə mülki işə 15 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 2740 (iki min yeddi yüz qırx) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, özünə məxsus «Kia Sportage» minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə 16 may 2023-cü ildə saat 14 radələrində Ağdam rayonunda hərəkətdə olarkən Mayıs Hüseynov avtomobillə gələrək onun avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Bununla əlaqədər olaraq Mayıs 800 manat məbləğində inzibati cərimə olunmuşdur. Hadisə zamanı onun avtomobilinə 2740 manat ziyan dəymişdir. Tələb etməsinə baxmayaraq cavabdehin ziyanı ödəmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş AD № 217616 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kia Sportage» minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Ağdam Rayon Polis X3 təhqiqatçısı X4 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə saat 14:20 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində VAZ 21099 markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda və sənədləri olmadan idarə edib «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin tələblərini pozmuş, yol nəqliyyat hadisəsi törədərək «Kia Sportage» minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334.3-cü maddələri ilə tədbir görülməsi üçün material aidiyyəti üzrə göndərilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-209/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə saat 14:20 radələrində VAZ 21099 markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib «Kia Sportage» minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 339.1-1 və və 334.3-cü maddələri ilə təqsirli bilinib, səkkiz yüz manat məbləğdə inzibati cərimə edilmişdir. Ağdam Rayon Avtoservis tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı məxsus «Kia Sportage» minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə 2740 manat ziyan dəymişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü ildə saat 14:20 radələrində VAZ 21099 markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək İddiaçı məxsus «Kia Sportage» minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə 2740 manat məbləğpində ziyan vurmuşdur. Belə olan halda Cavabdeh İddiaçı vurduğu 2740 manat zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu 31,70 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. X1 2740 (iki min yeddi yüz qırx) manat alınaraq İddiaçı verilsin. X1 31 (otuz bir) manat 70 (yetmiş) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev edən imza var Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar