Məhkəmə qərarları › İş №2(013)-569/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-569/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-569/2024 26.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1050 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 30.5 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmununda göstərilmiş ki, İddiaçı CM-nin 228-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün iddiaçılar cavabdehə 550 manat pul vermişlər və hazır ki iddia üzrə həmin pulu tələb edilər. Bundan əlavə iddiaçılar cavabdehdən bir baş inəyin satılması zamanı borcu qalmış 500 manat pul da tələb edilər. Məhkəmə qeyd edir ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-351/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bir baş inək və ya dəyəri olan 2000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun alınıb onlara verilməsi iddia tələbi qismən təmin edilmiş və Cavabdeh2 1400 manat məbləğində pul və ödənilmiş 34 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı və Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. İddianın bir hissəsi, yəni cavabdehdən bir baş inəyin satılması zamanı borcu qalmış 500 manat pulun tutulması hissəsinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yuxarıda qeyd olunan məhkəmənin qətnaməsi olduğu halda iddiaçılar yenə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə həmin mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Məhkəmə hesab edir ki, iddia tələbində iddiaçılar bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1050 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 30.5 manat pulun alınıb onlara verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar