Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-595/2024 29.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Əliyev Mahmud Ələmşah oğluna və X4 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC cavabdehlər Əliyev Mahmud Ələmşah oğluna, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1412.46 manat əsas, 235.14 manat faiz, 122.2 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1769.80 manat borcun, 37.70 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh Əliyev Mahmud Ələmşah oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 24% ödəmək şərtilə, 3000 manat məbləğində kredit verilmişdir. Əliyev Mahmud Ələmşah oğluna kredit verilərkən, digər cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 bank qarşısnda xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Nəticədə cavabdehlərin "xxxx" KB ASC-yə 1412.46 manat əsas, 235.14 manat faiz, 122.2 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 1769.80 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2022-ci il tarixli, 217mieBKX/22-EM saylı Əsas Kredit və Bank Hesabı müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə, 3000 manat məbləğində kredit verilmiş və həmin müqaviləyə əsasən, Əliyev Mahmud Ələmşah oğluna kredit verilərkən, digər cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh4 bank qarşısnda xx.xx.2022-ci il tarixli, 217mieBKX/22-EM saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürərək, xx.xx.2022-ci il tarixli, 217mieBKX/22 saylı Zaminlik müqavilələri bağlamışlar. "xxxx" KB ASC-nin maliyyə arayışından görünür ki, Əliyev Mahmud Ələmşah oğlunun xx.xx.2024-cü il tarixinə, 217mieBKX/22-EM saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1412.46 manat əsas, 235.14 manat faiz, 122.2 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 1769.80 (bir min yeddi yüz altmış doqquz manat səksən qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 37.70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1412.46 manat əsas, 235.14 manat faiz, 122.2 manat cərimə olmaqla, cəmi 1769.80 manat borc, 37.70 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Əliyev Mahmud Ələmşah oğlundan, X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 1412.46 manat əsas, 235.14 manat faiz, 122.2 manat cərimə olmaqla, cəmi 1769.80 (bir min yeddi yüz altmış doqquz manat səksən qəpik) manat borc və 37.70 (otuz yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-595/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-595/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver