Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-595/2025 19.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürərək Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(017)-1310/2019 saylı Qətnaməsi ilə 1 uşaga görə 130 manat müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən birgə nikahlarından anadan olmuş 27 iyun 2017-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 11 yanvar 2018ci il tarixli, 2(013)-77/2018 saylı Qətnaməsi ilə 27 iyun 2017-ci ildə təvəllüdlü Xədicənin yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ərizəyə əlavə edilmiş 31 oktyabr 2019-cu il tarixli, 2(017)- 1310/2019 saylı Ağcabədi Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, onun iddiası qismən təmin edilmiş, 2017-ci il təvəllüdlü Xədicənin saxlanması üçün qətnamə ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirmiş, hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda həmin aliment işi Ağcabədi Rayon İcra və Probasiya Şöbəsində icra edilir. Hamıya məlum olan faktdır ki, qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı müasir dövrün tələblərinə cavab vermir. Ərizəyə əlavə edilmiş X3 xx.xx.2024-cü il tarixli, MŞB/MT039/2024-01403 saylı arayışından görünür ki, Cavabdeh mübahisənin həll edilməsi üçün Mediasiya sessiyasında iştirak etmək üçün gəlməkdən imtina etmişdir. Belə olan halda alimentin artırlması üçün məhkəməyə müracət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, bir uşaga görə 130 manat müəyyən edilmiş alimentin məbləği artırılmalı, 246 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, birgə nikahlarından anadan olmuş Xədicə hazırda 8 yaşındadır. Hazırda azyaşlı qızı Xədicə ilə rayonun Quzanlı Qəsəbəsində anasıgildə yaşayırlar. Rayonun MİS-də kömpüter işi ilə məşğuldur, 438 manat maaş alır. Cavabdeh qəsəbədə meyvə-tərəvəz mağazası işlədir, maddi imkanı yaxşıdır. Buna baxmayaraq cavabdeh uşağın saxlanılmasına əlavə kömək etmir, bir dəfə uşağa mer-meyvə verib ki, bununla da uşaq saxlamaq olmaz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etdi. Göstərdi ki, Ağcabədi Rayonunda yaşayır, Quzanlı Qəsəbəsində meyvə-tərəvəz mağazasını icarəyə götürüb, alqı-satqı ilə məşğuldur. Bundan əvvəl məhkəmə tərəfindən qət edilmiş aliment məbləğini vaxtlı-vaxtında ödəyir. İddiaçı ilə birgə nikahlarından anadan olmuş Xədicə onunla tez-tez görüşür. İddiaçı ilə boşandıqdan sonra yeni ailə qurmuş, hazırda həmin nikahdan da 2 uşaqları var. Uşaqlardan biri 6 aylıqdır, digəri isə yaş yırmdadır. Uşaqların biri xəstədir, ürək əməliyyətanı ehtiyacı var. Ailəsini çətinliklə dolandırır. İddianı qəbul edir, ancaq maddi vəziyyəti imkan vermir ki, uşaqlarını daha yaxşı saxlasın. Ona görə də nəzərə alınmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, tərəfləri dinləyib belə hesab edir ki, tələb qismən təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş, AA******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 390818 seriyalı X7 surətindən görünür ki, İddiaçı Ağdam Rayonundan məcburi köçkündür Ərizəyə əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2(017)- 1310/2019 saylı Qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş və 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü Ağdam Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(013)- 77/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdehdən hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. X4 X8 27 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, mübahisə həmin orqanda öz həllini tapmamışdır. Azərbaycan Respublikası Vətəndaşının AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1987-ci il təvəllüdlüdür. X2 surətindən görünür ki, Cavabdeh 29 oktyabr 2022-ci il tarixdə Aynur Əhmədova /Hacıyeva/ ilə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahlarında 2023-cü il təvəllüdlü Turqay və 2024-cü il təvəllüdlü Əsma adlı uşaqları var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamıdıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndi nəzərdə tutur ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. İddiaçı iddia ərizəsi ilə aliment məbləğinin artırılmasını, bundan əvvəl məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat aliment məbləğinin azlığını qeyd edir, həmçinin alimentin məbləğinin 2025-ci ilə görə uşaqlar üçün müəyyən edilmiş 246 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə müsbət münasibətini, himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin iddia tərəfinin 1 uşağın saxlanılması ilə bağlı maddi çətinlikləri ilə əlaqədar göstərdiklərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hazırki tərəflərin birgə nikahlarından anadan olmuş X5 adlı uşağın saxlanılması ilə bağlı tutulan alimentin məbləği qismən artırılmalı, atadan hər ay 200 manat olmaqla, yəni ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 0.5 misli məbləğində müəyyən edilməli, həmin məbləğ tutulub İddiaçı xeyrinə verilməlidir. "X10" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - Ağcabədi Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2(017)-1310/2019 saylı Qətnaməsi ilə bir uşagın saxlanılması üçün tutulan 130 manat alimentin məbləği qismən artırılaraq, 27 iyun 2017-ci ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla və 14 yanvar 2025-ci il tarixdən hesablanılmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilsin, həmin məbləğ tutulub İddiaçı xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu kimi ödənilməli olan 30 /otuz/ manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-595/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-595/2025
19.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver