Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-639/2025 25.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı «Rəşad Elektronics» mağazasının rəhbəri İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı «Rəşad Elektronics» mağazasının rəhbəri İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 658 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu, ümumilikdə 733 manat borcun, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 468 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu, ümumilikdə 523 manat borcun və 32.50 manat dövlət rüsumunun alınaraq «Rəşad Elektronics» mağazasının rəhbəri İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı «Rəşad Elektronics» mağazasının rəhbəri İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli malların nisyə alqı-satqısı haqqında 4037 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 840 manat dəyərində olan 1 ədəd Redmi Not 12 PRO markalı telefon almış və nəticədə 733 manat borcu, bundan 658 manat ödənilməmiş hissə, 75 manat dəbbə, xx.xx.2023-cü il tarixli malların nisyə alqı-satqısı haqqında 4193 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 510 manat dəyərində olan 1 ədəd Redmi 12 markalı telefon almış və nəticədə 523 manat borcu, bundan 468 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 ədəd Redmi Not 12 PRO markalı telefon üçün ümumilikdə 733 manat borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 ədəd Redmi 12 markalı telefon üçün ümumilikdə 523 manat borc yaranmışdır. Qeyd olunan müqavilənin 10-cu maddəsinə əsasən alıcı ödəmələrin həyata keçirilməsini gecikdirdiyi təqdirdə, hər gecikdirilən gün üçün aylıq ödəniş məbləğinin 01%-i miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2024-cü il tarixinə əsasən, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 ədəd Redmi Not 12 PRO markalı telefon almış və nəticədə 658 manat ödənilməmiş hissə və 75 manat dəbbə pulu olmaqla ümumilikdə 733 manat borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1 ədəd Redmi 12 markalı telefon almış və nəticədə 468 manat ödənilməmiş hissə və 55 manat dəbbə pulu olmaqla ümumilikdə 523 manat borc yaranmışdır. Həmçinin, «Rəşad Elektronics» mağazasının rəhbəri İddiaçı məhkəməyə müraciət edərkən 32.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 658 manat ödənilməmiş hissə, 75 manat cərimə olmaqla, ümumilikdə 733 manat borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 468 manat ödənilməmiş hissə, 55 manat cərimə olmaqla, ümumilikdə 523 manat borc və 32.50 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 658 manat ödənilməmiş hissə, 75 manat dəbbə pulu olmaqla, ümumilikdə 733 (yeddi yüz otuz üç) manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə 468 manat ödənilməmiş hissə, 55 manat dəbbə olmaqla, ümumilikdə 523 (beş yüz iyirmi üç) manat və 32.50 (otuz iki manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı «Rəşad Elektronics» mağazasının rəhbəri İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-639/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-639/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver