Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-715/2024 26.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən 1264 manat məbləğində pulun onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında müvəqqəti yaşamağa başladığı vaxtdan Cavabdeh ilə münasibətləri yaranmışdır. Sonradan Cavabdeh anasının ağır xəstə olduğunu bildirmiş və "xxxx" ASC-dən kredit götürmək istədiyini ona bildirmiş və kredit götürərkən ona zamin durmasını istəmişdir. Anasının xəstə olmasını və yaxın münasibətləri olduğunu nəzərə alaraq ona götürdüyü kredit üzrə zamin olmuşdur. Bir neçə aydan sonra Cavabdeh götürdüyü krediti vaxtlıvaxtında ödəmədiyi üçün onları məhkəməyə vermişlər. Ağdam Rayon Məhkəməsinin qərarına əsasən 1256,15 manat pulun müştərək qaydada onlardan tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərarı Cavabdeh icra etmədiyi üçün onun əmək haqqı kartından hər ay 78 manat olmaqla, cəmi 1264 manat pul tutularaq ASC-yə ödənilmişdir. Dəfələrlə Cavabdeh əmək haqqı kartından tutulan pulun ona qaytarmasını tələb etsə də cavabdeh pulu tezliklə qaytaracağını bildirmiş, sonradan isə onunla bütün əlaqələrini kəsmişdir. Pulunu geri qaytarması üçün dəfələrlə Cavabdeh bildirsə də o, müxtəlif bəhanələr edərək pulu qaytarmamışdır. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddia tələbləri əsaslıdır, tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı bir daha iddia tələblərini müdafiə edərək və əlavə olaraq qeyd etdi ki, Cavabdeh əvvəllər onun evinə gəlib-gedib, münasibətləri yaranıb. Hətta özünün işlətdiyi mağazadan cavabdeh nisyə mal da götürüb. Anasının xəstəliyi ilə bağlı cavabdeh bankdan pul götürmək istədiyini ona bildirmiş, zamin durmasını xahiş etmişdir. Cavabdehə zamin durmuş, lakin cavabdeh məbləği ödəmədiyindən onun əmək haqqından 1264 manat indiyədək məhkəmə qərarı əsasında pul tutulub. Cavabdeh pulları qaytarmaq istəmir. Məhkəməyə müraciət etməyə məcbur qalıb. Ona görə də iddia tələblərinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək bildirdi ki, İddiaçı sələm verməklə məşğuldur. Ruhiyədən əslində 1400 manat borc pul almış, bunun əvəzində 2020-ci ildə Ruhiyəyə 200 manat çörək pulu olan kart vermişdir ki, Ruhiyə həmin kartdan 2 il pul götürüb. Ruhiyənin bundan əvvəl də pul tələbi ilə bağlı ona qarşı iddiası olub, Gəncə Apellyasiya Məhkəməsi onun iddia tələblərini təmin etməyib. Ruhiyənin hazırkı tələbi qanunsuzdur, kartından çıxarılan pullar nəzərə alınsa əslində Ruhiyənin ona borcu var. Ona görə də hesab edir ki, Ruhiyəyə heç bir borcu yoxdur. İddia tələblərinin rədd edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə iclasında tərəfləri dinləyib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 21 may 2018-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam Rayon Qalayçılar kəndində qeydiyyatdadır. Ağdam RİH Başçısının İmamqulubəyli Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 saylı, 30 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı qəsəbədə mənzil 34-də yaşayır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixdə verilmiş 3-29-38/2-1557/2023 saylı arayışdan görünür ki, İddiaçı İmamqulubəyli X1 Məktəbində lobarant vəzifəsində çalışmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək onun əmək haqqından 30 % məbləğində vəsait tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Həmin tutulmalar aşağıdakı kimidir : 2022-ci ilin yanvar ayından dekabr ayının sonuna qədər cəmi : 936 manat, 2023-cü ilin yanvar ayından iyun ayına qədər 328 manat. Ağdam Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2(013)-1891/2021 saylı Qətnaməsinin surətindən görünür ki, hazırkı tərəflər olan Cavabdeh və İddiaçı müştərək qaydada 995,64 manat əsas, 200,62 manat faiz, 59,89 manat cərimə, cəmi 1256 manat 15 qəpik və ödənilmiş dövlət rüsumu kimi 30 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin zaminin hüquqlarını nəzərdə tutan 475.1-ci maddəsi qeyd edir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddə nəzərdə tutur ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi kreditor olan ASC tərəfindən borcluya qarşı tələbini təsdiqləyən sənədlər zaminə təqdim edilmişdir və iş materiallarına əlavə olunub. Məhkəmə hesab edir ki, müqavilə üzrə zamin kimi İddiaçı Cavabdeh bank qarşısında olan öhdəliklərinin qalan məbləğini tam olaraq icra etdiyindən hazırkı iddia tələbi əsaslıdır və cavabdehə qarşı təmin edilməlidir. Cavabdeh iddia tələblərini rədd edərkən öz mülahizələrinə əsaslanır, sübutlar təqdim etməsə də iddiaçının sələmçiliklə məşğul olmasını, iddiaçıya 2020-ci ildə öz çörəkpulu kart vasitəsi ilə pullar verdiyini göstərir ki, iddia tərəfinin təqdim etdiyi sənədlər hazırkı iddia tələblərində İddiaçı tələblərinin əsaslı olmasını sübut edir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 1264 manat pul alınıb İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olduğu üçün dövlət rüsumu kimi ödənilməli olan 32.64 manat cavabdehdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 1264 /bir min iki yüz altmış dörd/ manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh - dövlət rüsumu kimi ödənilməli olan 32.64 /otuz iki manat altmış dörd qəpik/ manat alınıb dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-715/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-715/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver