Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-73/2024 12.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Mənzil Kooperativinə qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" ASC) cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Mənzil Kooperativinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 1-19-04 -2018 ŞQ-YY MTK AF nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 59651.74 manat, faiz borcu üzrə 2887.64 manat, cərimə borcu üzrə 0.03 manat olmaqla, cəmi 62539.41 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 277.62 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə hazırlıq iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin problemli kreditlərlə iş departamentinin direktoru E.Məmmədovdan məhkəməyə elektron ərizə (vəsatət) daxil olmuş və ərizədə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, həmçinin ödənilmiş 277.62 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 Mənzil Kooperativinin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması barəsində ərizə verildiyinə görə ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mərkəzi bankı- X4” ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC tərəfindən (büdcə səviyyə kodu 1) ümumilikdə 277.62 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rusumu qaytarılır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ödənilmiş 277.62 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 Mənzil Kooperativinə qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli, 1-19-04 -2018 ŞQ-YY MTK AF nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 59651.74 manat, faiz borcu üzrə 2887.64 manat, cərimə borcu üzrə 0.03 manat olmaqla, cəmi 62539.41 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 277.62 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə (büdcə səviyyə kodu 1) dövlət rüsumu qismində ödənilmiş 277.62 (iki yüz yetmiş yeddi manat, altmış iki qəpik) manat dövlət rüsumu "xxxx" ASC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-73/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-73/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver