Məhkəmə qərarları › İş №2(013)-760/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-760/2024

06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-760/2024 06.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı işə istifadə edilməmiş məzuniyyətə görə pul tələbi barədə mülki işə 06 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində əmək məzuniyyətindən istifadə etmədiyi 2009, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2020 və 2021-ci illərə görə ona pul əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 1990-cı ildən 19 dekabr 2022-ci ilədək Ağdam rayonu Səfərli kənd körpələr evi uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Onun 65 yaşı tamam olduğu üçün vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində 2009, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2020 və 2021-ci illərdə əmək məzuniyyətindən istifadə etməmişdir. Əmək və istirahət hüquqalarının pozulduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində olan Ortaqışlaq kənd uşaq bağçasına müdir təyin olunmuş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən Ağdam rayonu Səfərli kənd körpələr evi uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı xx.xx.1990-cı ildə Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyində olan Ortaqışlaq kənd uşaq bağçasına müdir təyin olunmuş, bundan sonra bağçalarda müdir işləmiş, xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən Ağdam rayonu Səfərli kənd körpələr evi uşaq bağçasının müdiri vəzifəsindən azad edilmişdir. İddiaçı işlədiyi müddət ərzində 2009, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2020 və 2021-ci illərdə əsas əmək məzuniyyətindən istifadə etməmişdir. Belə olan halda ona istifaə edilməmiş məzuniyyətlər üçün pul əvəzi verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hər kəsin istirahət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənilmiş məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Əmək məzuniyyətindən istifadə etmədiyi 2009, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2020 və 2021-ci illərə görə İddiaçı Cavabdeh2 tərəfindən pul əvəzi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar