Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-8/2024 30.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti (bundan sonra- "xxxx" KB ASC) Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3881.80 manat borc və dövlət rüsumu olaraq 69.30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1577/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qərardadı ilə qeyd olunan mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X6 izahatında iddianın müdafiə etdiyini, iddiaçı "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20 000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə biləcəyini, Ağdam Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə mərhum X1 vərəsəsinin lbişova Vüsalə Nizam qızı olduğu müəyyən edildiyini, həmin kredit müqaviləsi üzrə Ağdam Rayon Məhkəməsinə kiçik iddia qaydasında iddia ərizəsi ilə müraciət edilərək, cavabdehdən 977,5 manat əsas məbləğ üzrə, 11.06 manat faiz üzrə, 19,13 komisyon borcu olmaqla, cəmi 1007,69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.8 manat məbləğində vəsaitin tutulması xahiş edildiyini, Ağdam Rayon Məhkəməsinin 2(013)-2263/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edildiyini, lakin iş sənədlərinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli bank/pikmd/1045822 saylı maliyyə arayışından görə həmin kredit müqaviləsi üzrə Cavabdeh Unibank KB ASC-yə 4809.29 əsas və 80,2 manat faiz olmaqla, cəmi 4889,49 manat borcu olduğunu, Nəticə etibarilə, maliyvə arayışında qeyd edilmiş cəmi 4889,49 manatdan 2(013)-2263/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ümumi qət edilmiş 1007,69 manat məbləği çıxdıqda, cavabdehin həmin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-və 3881,80 manat borcu qaldığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin sürətindən görünür ki, "xxxx" KB ASC tərəfindən X3 60 ay müddətinə, illik 36% ödəmək şərtilə 10.000 manatadək kredit limiti ayrılmışdır. İş materiallarında olan Ağdam Dövlət Notariat Ofisinin 05 fevral 2022-ci il tarixli, 29 nömrəli məktubundan görünür ki, X1 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixə, 2113BRD/18 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 4809.29 manat, 80.2 manat faiz, 0 manat cərimə, 0 manat komisyon olmaqla, cəmi borcu 4889.49 manat təşkil edir. İş materiallarında olan kiçik iddia qaydasında iddia ərizəsi üzrə qəbul edilmiş, qanuni qüvvəsini almış Agdam rayon məhkəməsinin 2(013)-2263/2022 nömrəli 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə görə Cavabdeh 977.5 manat əsas, 11.06 manat faiz və 19.13 manat komisyon, cəmi 1007.69 manat borc, 0.40 manat xidmət haqqı və 30.08 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1577/2023 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 3881.80 manat borc və dövlət rüsumu olaraq 69.30 manat məbləğində vəsaitin tutulması tələbinə dair iddia ərizəsinə əsasən başlanmış iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2422/2023 saylı qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1577/2023 saylı qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən «ölmüş şəxsin» (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 3881.80 manat borc cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 69.30 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3881.80 manat məbləğində borc və dövlət rüsumu qismində ödənilmiş 69.30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-8/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-8/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver