Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-855/2024 29.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9690,75 AZN əsas, 1175,13 AZN faiz, 60,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10926,12 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 122,78 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 18 % dərəcəsi ilə 9745 AZN məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə ASC-yə 9690,75 AZN əsas, 1175,13 AZN faiz, 60,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10.926,12 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, nümayəndəsi X2 ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul etdi. Ancaq göstərdi ki, həmin məbləği torpaq almaq üçün götürmüşdür. Hazırda işsizdir, heç bir yerdə işləmir. Yaxın vaxtlarda işə düzəlməlidir. Bundan əvvəl çiyni qırıldığı üçün işləyə bilməmiş, bu səbəbdən də borcları ödəyə bilməmişdir. Bankı getmiş, lakin ona heç bir köməklik edilməmişdir. Ona görə də məhkəmədən ona kömək edilməsini istəyir. Məhkəmə iş materiallarını öyrənib və Cavabdeh dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, tələbin rədd edilməsi üçün əsas yoxdur, cavabdeh iddia təəblərinin təmin edilməməsi üçün yalnız maddi vəziyyətinin çətin olmasını və işsiz olmasını bildirir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 483nkADJ/23 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 9475 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASC-yə 9690,75 AZN əsas, 1175,13 AZN faiz, 60,24 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 10.926,12 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Vətəndaşının X1 surətindən görünür ki, Cavabdeh 15 avqust 1985-ci il təvəllüdlüdür, Ağdam rayonunun Sarıçoban kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfin xahişini, onun cərimə məbləği ilə bağlı göstərdiklərini nəzərə alaraq hesab edir ki, iddia ilə tələb olunan 60.24 manat məbləğində cərimə pulu hissəsində tələb qismən təmin edilməli, həmin məbləğ 5 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9690,75 AZN əsas, 1175,13 AZN faiz, 5 AZN cərimə borcu olmaqla, cəmi 10870.88 manat məbləgində pul tutularaq iddiaçı «Unibank KB ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 122,78 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh - 9690,75 AZN əsas, 115,62 AZN faiz, 5 AZN cərimə olmaqla, cəmi 10870.88 (on min səkkiz yüz yetmiş manat səksən səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 122,78 (bir yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-855/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-855/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver