Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-879/2025 13.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini məhkəmə iclasından kənar nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4340,3 AZN əsas, 594,64 AZN faiz, 146,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5081,10 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 70,82 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı işğal altında olmuş, 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı Agdam rayonu, Şıxbabalı kəndi göstərilmiş, həmin cavabdehin faktiki yaşayış ünvanı göstərilməmiş və cavabdehin faktiki yaşayış ünvanı baradə rəsmi arayışı sənədlərə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, həmin hal işə baxılarkən ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə maneə ola bilər. Belə ki, qeyd olunan cavabdehlərin məhkəmə tərəfindən məhkəmə iclaslarına dəvət edilməsi, həmçinin, çıxarılacaq qətnamənin gələcəkdə icra edilməsi mümkün deyildir. Bundan başqa, ərizəyə əlavə edilmiş 22 avqust 2024-cü il tarixli bildirişdə də (pretenziya qaydasında) Cavabdeh poçt ünvanı işğal altında olmuş, 20 noyabr 2020-ci il tarixdə işğaldan azad edilmiş, lakin mülki əhalinin yaşamadığı Agdam rayonu, Şıxbabalı kəndi göstərilmişdir. İddiaçı tərəfindən digər cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlə (cavabdehlərlə) mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyəizah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267- 268-ci maddələrinə əsaslanaraq, QƏRARAALDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4340,3 AZN əsas, 594,64 AZN faiz, 146,16 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5081,10 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 70,82 AZN məbləğində vəsaitin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində onu çıxarmış məhkəməyə şikayət verilə bilər. Hakim :E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-879/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-879/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver