Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-915/2024 03.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat əsas borcun və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 31 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış, onunla normal münasibətləri olmuşdur. 2022-ci ilin yay aylarında Ayşən ondan 1 ilə qaytarmaq şərtilə 1.000 manat borc pul istəmiş və həmin tarixdə o, Ayşənə 1.000 manat borc vermişdir. Ayşənin ondan pul almasını təsdiq edən öz xətti ilə yazdığı qəbzin surətini ərizəyə əlavə etmişdir. Ancaq bir il keçsə də Ayşən ondan aldığı 1.000 manat pulu geri qaytarmamışdır. Dəfələrlə Cavabdeh pulunun qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehdən həmin pulun və dövlət rüsumu kimi ödədiyi məbləğin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmaladır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bundan əvvəlki iclasında İddiaçı bir daha iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, Bərdə Rayonunda salonda işləyir. Cavabdeh onun yanına gəlib-getdiyi üçün tanışlaşmışlar. Ayşən onun etimadını qazanmış, sonra isə anasının xəstəliyi ilə bağlı ondan 1.000 manat pul istəmişdir. Ayşənə həmin pulu vermişdir. X1 anasına məxsus pensiya kartını ona vermiş, həmin kartdan təxminən 4-5 ay ərzində müxtəlif məbləğlərdə olmaqla pul götürmüşdür. Lakin 1 il müddət keçsə də Ayşən qalan pulu qaytarmamış, müxtəlif bəhanələr etmişdir. Ona görə də tələb etdiyi məbləğin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı hazırkı məhkəmə iclasına gəlməyərək məhkəməyə teleqram vurmuş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Cavabdeh məhkəmə iclaslarında iddia tələblərini qəbul etmədi. Göstərdi ki, əslində Almazdan 450 manat 1 ay müddətinə faiz verməklə /sələmlə/ pul almışdır. Almaza həmin pulun müqavilində 1 ay ərzində 53 manat sələm verməli idi. Bunun əvəzində isə anasına məxsus 327 manat içərisində pul olan pensiya kartını 31 avqust 2023-cü il tarixdə Almaza vermişdir. Almaz həmin kart vasitəsi ilə 5 ay müddətində müxtəlif məbləğlərdə olmaqla pulu kartdan götürmüşdür. Aradan bir müddət keçəndən sonra isə Almaz ondan faiz məbləği tələb etməyə başlamışdır. Almaz 450 manatın əvəzinə onun anasının kartından təxminən 600-700 manat pul çıxarıb, kartı isə qaytarmamışdır, qaytarmaq istəməmiş, faizlər çıxdığını bildirmişdir. Bu barədə olan bank çıxarışını məhkəməyə təqdim edib. Vəziyyəti belə görüb və Almazın kartı qaytarmaq istəmədiyini görüb 2023-cü ilin fevral ayında anasının kartının qarşısını bağlatmışlar. Bundan sonra isə Almaz yenə də faizlər tələb etməyə başlamışdır. Bu barədə Almazla apardığı telefon danışıqlarını qeydə alıb və məhkəməyə də təqdim edir. Almaz əslində 450 manat ona verdiyi pulun əvəzinə anasının kartından 1 dəfə artıqlaması ilə pul götürmüşdür. Ona görə də Almaza hazırda heç bir borcu yoxdur. İddia tələblərinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinlədikdən sonra, iş materiallarında olan sənədləri, sübutları nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1969-cu il təvəllüdlüdür. Cavabdeh tərəfindən yazılmış sadə qəbzdən görünür ki, İddiaçı aralarında olan etibardan istifadə edərək 1000 manat borc pul almışdır, aldığı pulu 1 ay ərzində qaytaracağına söz verir, əgər qaytarmasa qanun qarşısında məsuliyyət daşıyacağını qeyd edir. İş materiallarında olan AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 1996-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 1096.1 maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), /1096.2/.delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh məhkəmə iclasında göstərdikləri və İddiaçı pulu götürərkən qeydə aldığı telefon yazısından tərəflərin aralarında olan mübahisənin həqiqi halı müəyyən edilir. Belə ki, danışıq yazılarına məhkəmə iclasında qulaq asıldı, oradan görünür ki, həqiqətən də Cavabdeh İddiaçı əslində 450 manat sələm qaydasında pul götürmüş, həmin pula görə pulu götürən tərəf 1 ay ərzində qaytarmaq şərti ilə 53 manat da əlavə sələm olaraq pul verməlidir. Məhkəmə iclasında hər iki tərəfin göstərdiklərindən və bank sənədlərindən də belə məlum oldu ki, İddiaçı cavabdehin anasına məxsus kart vasitəsi ilə 5 ay ərzində hər ay müxtəlif məbləğlərdə, cəmi 666.15 manat omlaqla pulu çıxarmış, özünə götürmüşdür. Belə görünür ki, tərəflər aralarında borcla bağlı tərtib edilmiş sadə əlyazısı formal xarakter daşımış, İddiaçı 450 manat məbləğində Cavabdeh pul verdiyi halda, tərtib edilmiş sadə əl yazısında 1000 manat göstərilməsini Ayşəndən istəmişdir. Məbləğin sadə əl yazısında bu qaydada göstərilməsinin səbəbi də səs yazılarında öz əksini tapmış, səs yazısında Cavabdeh məbləğin niyə 1000 manat yazılmasını İddiaçı soruşmuş, İddiaçı isə 25 ildir ki, belə işlərlə məşğul olduğunu, pul götürməyin qaydasının belə olmasını Cavabdeh izah etmiş, 403 manatı /əlavə sələm kimi də 53 manat/ aldıqdan sonra həmin qəbzi ona qaytaracağını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin etmir, hesab edir ki, iddia tələbləri əsassızdır, İddiaçı borc verdiyi puldan da artıq məbləği Cavabdeh anasına məxsus kartdan çıxarmışdır. Həmçinin iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə işin məhkəmədə baxılması ilə əlaqədar iddiaçının ödədiyi 31 manat pul tələbi də təmin edilməməli, həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 1.000 /bir min/ manat məbləğində pul və işin məhkəmədə baxılması üçün dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 31 /otuz bir/ manat, ümumilikdə 1031 /bir min otuz bir/ manat pul tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-915/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-915/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver