Məhkəmə qərarları › İş №2(013)-940/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-940/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-940/2025 24.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8300 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 103 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdərək göstərmişdir ki, Cavabdeh1 birlikdə mal-qara al-veri ilə məşğul olmuşdur. Cavabdeh1 ilə 2022-ci ilin təxminən dekabr ayında razılaşdıq ki, bankdan kredit götürüb mal-qara al-veri ilə məşğul olaq. Cavabdeh işləmədiyi üçün ona kredit verilməsi mümkün olmadı. Ona görə də iddiaçı Yelo Bankdan 20.000 manat kredit götürmüş və pulu götürdükdən sonra həmin pulu Cavabdeh1 vermişdir. Cavabdehlə birlikdə mal bazarına gedib həmin pulla iribuynuzlu mal almışlar. Mallar kəsilib satılması üçün Bakı şəhərinə aparıldı. Mallar satıldıqdan sonra 20.000 manat Cavabdeh1 kart hesabına göndərildi. Yenə də bir neçə dəfə Bərdə mal bazarından heyvan alıb kəsilib satılması üçün Bakıya göndərildi. Yenə də pullar cavabdehin kart hesabına göndərilirdi. Təxminən 3 ay bu davam etdi. Sonda cavabdehdən pul istədikdə ona pulun olmadığını bildirdi. Pulun necə olduğunu soruşduqda cavabdeh dedi ki, pul yoxdu, yaxın vaxtlarda pulu verəcəm. O isə də bu barədə atasına bildirmiş və atası X2 birlikdə Cavabdeh1 atası Hilalın Quliyevin yaşadığı evə getmişlər. Cavabdeh2 oğlunun pulu yoxa çıxartması barədə məlumat vermişlər. Cavabdeh2 oğlu evdə olmadığı üçün onlarla birlikdə oğlunu axtarmağa getdi. Yolda oğlunu onların maşına əyləşdirdi. Oğlundan pulu neylədiyini soruşdu. Cavabdeh1 atasına bildirdi ki, pulun 12.000 manatı Paşalar kəndində olan Elvin adlı şəxsdədir. Onlar həmin ünvana getmişlər. Həmin evin qarşısında Cavabdeh1 maşından düşərək qaçmışdır. Cavabdeh2 oğlun qovaraq tutub maşına oturtdu və maşını geri qaytarmağı xahiş etdi. Cavabdeh2 başa düşdü ki, oğlu yalan danışır. Cavabdeh2 bildirdi ki, oğlunla işiniz olmasın, özünə nəsə edər, yoxa çıxan pulunu verəcək. Cavabdeh2 dedi ki, sizə kişi kimi söz veririr ki, bütün pulunu qaytaracağ və oda onunla razılaşdı. Banka olan kredit aylıq 3 ay ödənişi, yəni hər ay 140 manat olmaqla cəmi 420 manatı Cavabdeh2 tərəfindən ödənildi. Bundan sonra Cavabdeh2 zəng etdi ki, pulun 9.700 manatını hazırlayıbdır, gəlin gedək banka ödəyək və onlar Cavabdeh2lə banka getmişlər. Cavabdeh2 atasından xahiş etdi ki, oğlu Cavabdeh1 axmaqlıq edib, pulu yoxa çıxardıb. O, isə pulun hamsını ödəyə bilmir. Əgər mümkünsə ümumi məbləğdən 2.000 manatı ona güzəşt etsinlər. Onun atası Bədirxan Abbasov Cavabdeh2 razılaşmışdır. Həmin vaxt 11.700 manat pul banka ödənildi. Cavabdeh2 bildirdi ki, qalan 8300 manatı yaxın vaxtlarda qaytaracaq. Ancaq sonradan cavabdehlər pulu ödəməkdən imtina etmişilər. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 izahatında İddiaçı 20000 manat yox, 15000 manat pul gətirdiyini, həmin pul ilə şərikli İddiaçıla mal-qara alveri etdiklərini, sonradan pulun onun kartından yoxa çıxdığını, adına söz söhbət çıxmamaq üçün 20000 manat pulun yarısını atası Cavabdeh2 tərəfindən İddiaçı ödənildiyini, pulun hara yoxa çıxdığını onun bilmədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında onun oğlu Cavabdeh1 İddiaçı ilə mal-qara al-veri etdiklərini əvvəl bilmədiyini, qeyd olunan pul yoxa çıxandan sonra İddiaçı atası Bədirxan Abbasovla 20000 manat pulun onun ödəyəcəyi ilə bağlı razılığa gəldiklərini, onun tərəfindən həmin pulun 9700 manat hissəsini iddiaçının adına olan krediti bağlamaq üçün ödənildiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, o, İddiaçı atasıdır. Oğlu İddiaçı ona müraciət edərək Cavabdeh1lə mal-qara alveri etmək istədiyi, Cavabdeh1 mal-qardan yaxşı başı çıxdığı, lakin mayasının olmadığını, bunun üçün bankdan pul götürmək lazım olduğunu ona bildirdi. o, isə buna etiraz etmədi və qardaşı Vahid Abbasov, onun yoldaşı və onun özü zamin duraraq Yelo Bankdan oğlunun adına 20.000 manat kredit götürdülər. Həmin pulun 15000 manat həmin gün, qalan 5000 manat hissəsini bir aydan sonra verdilər. Həmin pula oğlu Mehman Cavabdeh1lə mal-qara alveri etməyə başladılar. Sonra bir 2-3 ay sonra oğlunun bazara getmədiyi gördükdə onan soruşmüşdür nə baş verib, oğlu Mehman isə ona bildirdi ki, alver etdikləri pul yoxa çıxmışdır. O isə oğlu Mehman ilə birlikdə Cavabdeh1 atası Hilalın Quliyevin yaşadığı evə getmişlər və Cavabdeh2 oğlunun pulu yoxa çıxartması barədə məlumat vermişlər. Cavabdeh2 oğlu Məhəmmədən pulu neylədiyini soruşdu. Cavabdeh1 atasına bildirdi ki, pulun 12.000 manatı Paşalar kəndində olan Elvin adlı şəxsdədir. Onlar həmin ünvana getmişlər. Həmin evin qarşısında Cavabdeh1 maşından düşərək qaçmışdır. Cavabdeh2 maşını geri qaytarmağı xahiş etdi. Cavabdeh2 başa düşdü ki, oğlu yalan danışır. Cavabdeh2 bildirdi ki, oğlunla işiniz olmasın, özünə nəsə edər, yoxa çıxan pulunu verəcək. Cavabdeh2 dedi ki, sizə kişi kimi söz verirəm ki, bütün pulunu qaytaracağ və oda onunla razılaşdı. 2-3 ay sonra Cavabdeh2 zəng etdərək 9.700 manat pul hazırladığını bildirdi. Cavabdeh2 ondan xahiş etdi ki, oğlu Cavabdeh1 axmaqlıq edib, pulu yoxa çıxardıb. O, isə pulun hamsını ödəyə bilmir. Əgər mümkünsə ümumi məbləğdən 2.000 manatı ona güzəşt etsinlər. O da Cavabdeh2 razılaşmışdır. Cavabdeh2 bildirdi ki, qalan 8300 manatı yaxın vaxtlarda qaytaracaq. Bir müddətdən sonra Cavabdeh2 8300 manat pulu ödəyə bilmədiyi, həmin pulun yarsını onlara güzəşt etməsini ondan xahiş etdi, o da razılaşmışdır. Lakin sonradan cavabdehlər həmin pulu da ödəməkdən imtina etmişidilər. Şahid B.Abbasov həmçinin izahatında göstərdi ki, qeyd olunan puldan Cavabdeh2 istifadə edərək evini və avtomobilini təmir etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, İddiaçı onun qardaşı oğludur. Qardaşı oğlu İddiaçı ona müraciət edərək bankdan pul götürmək üçün ona bank qarçısında zamin durmasını xahiş etmişdir. O, İddiaçı pulun nə üçün bankdan götürdüyü soruşanda, İddiaçı ona bildirdi ki, Cavabdeh1 ilə birikdə mal-qara alveri edəcək. Bundan sonra M.X10 20000 manat kredit götürmüşdür və o, isə İddiaçı bank qarşısında öhdəliklərinə görə zamin durmuşdur. Sonra onun qardaşı oğlu İddiaçıla Cavabdeh1 mal bazarda alver etdiklərini görmüşdür, onlar ona qoyun alınmasında köməklik etmişdilər. O zaman həmin pulun Cavabdeh1 olduğunu dəqiq bilirdi. Daha sonra onların alver etdikləri pulun yoxa çıxdığını və pulun yarsının cavabdehlərin ödədiklərini, qalan hissəsinin isə cavabdehlərin ödəməsinə vəd versələrdə ödəməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərdi ki, o, İddiaçı dostudur. İddiaçı Cavabdeh1lə birlikdə mal-qara alveri etdikləri bunun üçün İddiaçı bankdan kredit götürdüyünü İddiaçı eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərdi ki, o, İddiaçı dostudur. İddiaçı Cavabdeh1lə birlikdə mal-qara alveri etdikləri görmüşdür. Onlar ondan mal-qara almışlar və pulu vermişdilər. Qeyd olunan alver üçün İddiaçı bankdan kredit götürdüyünü eşitmişdir. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını, şahid izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərəflərin izahatlarından, o cümlədən məhkəmə dindirilən şahid izahatlarından müəyyən olunur ki, İddiaçı bankdan 20000 manat kredit götürərək mal-qara alveri etmək üçün Cavabdeh1 vermiş, lakin bir müddət sonra Cavabdeh1 verilmiş pulun onda olmadığını İddiaçı bildirmişdir. Sonra Cavabdeh1 atası Cavabdeh2 qeyd olunan pulu özü ödəyəcəyini İddiaçı vəd vermişdir və Cavabdeh2 həmin puldan 9700 manat hissəsini İddiaçı kredit borcuna görə ödəmişdir. İddiaçı 20000 manat pulun 2.000 manat hissəsini cavabdehlərə güzəşt etmişdir, qeyd olunan pulun qalan 8300 manat hissəsini ödənilməsinə cavabdehlər iddiaçıya vəd versələr də, lakin sonra ödəməmişdilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X9rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən 8300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 103 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8300 (səkkiz min üç yüz) manat məbləğində pul və ödənilmiş 103 (bir yüz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar