Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-95/2025 06.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 iyun 2023-cü il tarixli, 12-Y-1-0-1177-23 saylı Kredit Müqaviləsinə əsasən 14947,17 AZN əsas, 494,54 AZN faiz, 102,59 AZN cərimə borcu olmaqla, cəmi 15544,3 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 136,63 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh 01 iyun 2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 15,9 % dərəcəsi ilə 36 ay müddətinə 20.000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 25 sentyabr 2024-cü il tarixədək Cavabdeh 01 iyun 2023-cü il tarixli Kredit Müqaviləsi üzrə banka 14947,17 AZN əsas, 494,54 AZN faiz, 410,37 AZN cərimə borcu olmaqla, cəmi 15852,08 AZN borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə banka olan cərimə borcu 410,37 manat təşkl etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla yəni 102,59 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi M.Seyidov məhkəməyə ərizə ünvanlamış, həmçinin telefon əlaqəsi yaradaraq iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin bundan əvvəlki iclasında Cavabdeh iddia tələblərini qəbul etdi. Qeyd etdi ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqviləsinə əsasən 36 ay müddətinə, illik 15,9 faiz dərəcəsi ilə ona 20.000 manat məbləğində kredit verilmişdir. Ancaq hərbiçidir, 5 ay götürdüyü məbləğlərdən ödəniş etmişdir. Sonradan əmək haqqları azaldığı üçün ödənişləri edə bilməmişdir. Maddi imkanı olan kimi borcu ödəyəcək. Hazırda tərəflər iştirak etmir, məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehi dinləyib hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli, 12-Y-1-0- 1177-23 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, illik 15,9 % dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASC-yə kredit müqaviləsinə əsasən 14947,17 manat əsas, 494,54 manat faiz, 410,37 manat cərimə, cəmi 15852,08 manat kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01 iyun 2023-cü il tarixli, 12-Y-1-0- 1177-23 saylı Kredit Müqaviləsinə əsasən 14947,17 AZN əsas, 494,54 AZN faiz borcu, 102,59 AZN cərimə borcu olmaqla, cəmi 15.544,3 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 136,63 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 01 iyun 2023-cü il tarixli, 12-Y-1-0-1177-23 saylı Kredit Müqaviləsinə əsasən 14947,17 AZN əsas, 494,54 AZN faiz borcu, 102,59 AZN cərimə borcu olmaqla, cəmi 15.544,3 (on beş min beş yüz qırx dörd manat otuz qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 136,63 (bir yüz otuz altı manat altmış üç qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-95/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-95/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver