Məhkəmə qərarları › İş №2(014)-1001/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1001/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1001/2022 19.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz və verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılarkən iddiaçının tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən iddiaçı tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı iddia ərizəsinə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 13 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 156,07 manat əsas borc, 4,49 manat faiz borcu, 9,51 manat cərimə borcu və kredit müqaviləsi üzrə 13.03.2022-ci il tarixdən 29.04.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0,4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 170,47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq, işin materiallarında olan cavabdehin bağladığı 13 mart 2019-cu il tarixli kredit müqaviləsi "xxxx" ASC ilə deyil, "xxxx" İKB ASC ilə bağlanmışdır. Belə olan halda isə iddia ərizəsində göstərilən tələbin hüquqi mahiyyəti üzə təsdiq edən sənədlər təqdim olunmadığından, işə sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2 və 284-4.3-cü maddələrinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz və ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. İddiaçıya izah edilməlidir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar