Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1007/2021 07.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı Pul tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Oğuz rayon Qarabaldır kəndində yerləşən şəxsi təsərrüfatında mal-qara saxlamaqla məşğul olur. Qeyd edir ki, onun şəxsi evinin həyətində olan mal tövləsində erkək danaları bordaq şəraitində saxlayaraq kökəldir və sonra satır. Bu yaxınlarda onun saxladığı danalardan üç başını satmaq qərarına gəlmişdir. Onun ünvan 1 ünvanda yaşayan yaxın dostu X2 onlarda olarkən danaları onun tanıdığı bir nəfərə satmağı məsləhət bilmişdir. Həmin şəxs hazırki iş üzrə Cavabdehdur. 12 yanvar 2021-ci il tarixdə Cavabdeh onun yaşadığı Oğuz rayon Qarabaldır kəndinə gələrək, ona məxsus üç baş dananı aparmışdır. Cavabdeh həmin danaları Oğuz rayon Kərimli kəndində yaşayan X4 məxsus Zil piçak markalı avtomobillə aparmışdır. Cavabdeh danalardan təmiz əti 140 kq olan birini onun iştirakı ilə özünün yaşadığı Ağdaş rayonunun Şıxlı kəndində kəsmişdir. Digər iki baş, hər birinin təmiz əti 180 kq olan danaları isə cavabdehə məxsus evin həyətindəki mal tövləsinə bağlamışlar. Cavabdehlə ətin bir kq-nın qiymətini 10 manata razılaşmışlar. Hər birinin təmiz əti 180 kq - cəmi 360 kq olan iki baş və təmiz əti 140 kq olan bir baş olmaqla cəmi üç baş danaların 500 kq ətinə görə cavabdeh ona 5000 manat ödəməli idi. Cavabdeh kəsdiyi 140 kq əti olan dananın ətini satdıqdan sonra onun və ya dostu X1 iştirakı ilə digər iki baş dananı kəsməli idi. Bunun üçün cavabdeh onlara zəng edəcəyini bildirmişdir. Bir neçə gün gözlədikdən sonra o, cavabdehin yaşadığı Ağdaş rayonunun Şıxlı kəndinə getmişdir. Cavabdehi evdə tapmamışdır. Cavabdehin ona məxsus danaları isə artıq kəsib satdığını öyrənmişdir. Cavabdehin atası ilə də görüşmüşdür. Cavabdehin atası oğlunun hərəkətlərinə görə məsuliyyət daşımadığını bildirmişdir. Bütün bu müddət ərzində mən cavabdehin telefonuna dəfələrlə zəng etsə də cavabdeh zənglərə cavab verməmişdir. O, cavabdehdən dəfələrlə borcu qaytarmasını xahiş etsə də, cavabdeh ona borcu könüllü qaytarmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və bildirdi ki,cavabdehə güvəndiyi üçün mal-qaranı ona nisyə satmış,lakin cavabdeh mal-qaranın dəyəri olan 5000 manat pulu ona ödəməmişdir.Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, 2021-ci iln yanvar ayında iddiaçı X3 Oğuz rayonunun Kərimli kəndində çəki ilə kiloqramı 9 manatdan olmaqla üç baş iribuynuzlu erkək dana almışdır. Hevanların çəkisi 137 kq, 132 kq və 142 kiloqram olmaqla cəmi 411 kq ət olmuşdur. Heyvanların kəsilməsində birincidə iddiaçı özü şəxsən, digər ikisinin kəsilərək çəkilməsində isə Elxan adlı dostu iştirak etmişdir. Elxan hər heyvan kəsilib çəkiləndə iddiaçıya zəng edərək heyvanların çəkisi barədə ona məlumat vermiş və o da həmin məlumatları qəbul etmişdir. Heyvanları kəsərkən böyük hissəsini nisyə verdiyinə görə pulu dərhal iddiaçıya göndərə bilməmişdir. Üç iribuynuzlu heyvanlara görə hazırda onun iddiaçıya iddia ərizəsində göstərdiyi kimi 5000 manat yox, cəmi 3700 manat borcu yaranmışdır. Həmin borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Həmin pulu ilin sonunan kimi hissə-hissə iddiaçıya qaytaracaqdır. Göstərdiyi işin həqiqi hallarından aydın göründüyü kimi, onun iddiaçıya cəmi 3700 manat borcu var, ona görə də iddia qismən-3700 manat hissədə təmin edilməlidir. Müvəqqəti olaraq Bakı şəhərində yaşamaqla fərdi əməklə məşğul olduğuna görə 07 may 2021ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İşə iştirakı olmadan baxılmasına razıdır. Odur ki, göstərdiklərini nəzərə almağı, iddia tələbinin qismən cəmi 3700 manat pulun ondan alınaraq iddiaçı X6 verilməsinə dair hissədə təmin edilməsini xahiş etmişdir.Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcələnin 608-ci maddəsinə əsasən Əgər bu paraqrafın (Heyvanların, quşların və balıqların alğı-satqısı) müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı cavabdehdən nisyə satmış olduğu mal-qara müqabilində 5000 manat tələb etsə də, cavabdeh iddia tələbinin 3700 manat hissəsini etiraf etmişdir, iddia tələbinin 3700 manat hissəsi cavabdeh tərəfindən etiraf edildiyindən, İddiaçı iddiasının əsası kimi iddia tələbinin həmin hissəsində istinad etdiyi göstərilən halları sübut etmək vəzifəsindən azad edir. Belə ki, Cavabdeh məhkəməyə ərizə göndərərək, İddiaçı 3700 manat borclu olmasını etiraf etmişdir və qaytaracağını bildirmişdir. Bununla da Cavabdeh İddiaçı borcunun olmasını qismən etiraf etmişdir. Belə olan halda iddiaçı iddia tələbinin etiraf edilməyən hissəsini sübut etməyə borcludur. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,cavabdehdən iddiaçının xeyrinə 3700 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçıya verilməlidir.İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3700 manat borca görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3730 (üç min yeddi yüz otuz) manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1007/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1007/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver