Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1007/2024 23.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından doğulmuş X8 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 236 manat alimentin cavabdehdən tutularaq onun xeyrinə alınması, həmçinin Ağdaş rayon məhkəməsinin 2(014)-5720/2020 saylı qətnaməsi ilə X3 üçün müəyyən edilmiş hər ay 100 manat miqdarında alimentin miqdarının artırılaraq həmin uşağın 18 yaşına çatanadək saxlanması üçün hər ay 236 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsində texniki səhv olaraq aliment məbləği və alimentin artırılması tələb etməyinə baxmayaraq iddia ərizəsində ərizəni alimentin miqdarının artırılması tələbi olaraq qeyd etmişdir. İddia ərizəsində dəqiqləşmə apararaq iddia tələbini aliment tələbi və alimentin miqdarının artırılması olaraq nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ailə münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi, ona və övladlarına baxmaması, eləcə də xasiyyəti ucbatından ayrılmışlar. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)- 5720/2020 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X15 onun himayəsinə, X13 isə cavabdehin himayəsinə verilmişdir. X5 18 yaşı olanadək saxlanılması üçün hər ay 100 manat miqdarında aliment cavabdehdən alınıb onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda cavabdehin himayəsinə verilmiş X13 da onun himayəsindədir. Övladları məktəbli və azyaşlıdır. Ehtiyacları və gündəlik tələbatları günü-gündən artır. Bu xərcləri tək başına və 100 manat aliment ilə qarşılaya bilmir. İki uşağın saxlanması üçün 100 manat kifayət etmir. Bu müddət ərzində cavabdeh bircə dəfə də olsa uşağı ilə maraqlanmamış, övladlarına əlavə olaraq heç bir maddi yardım göstərməmişdir. Ayrıldıqları gündən etibarən o və övladları valideynlərinin himayəsindədirlər. Artıq çox çətinlik çəkirlər və övladlarının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Odur ki, aliment və alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bununla bağlı onlar mediator qəbulunda və mediasiya sessiyasında iştirak etmişdirlər. Ancaq cavabdehlə razılığa gəlmək mümkün olmamışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iddiaçı rəsmi olaraq heç bir yerdə işləmir. Əmək haqqısı 400-450 manatdır. Uşaqlar 9-cu sinifdən məktəbdən çıxıblar, evdə oturublar, heç yerdə oxuyub işləmirlər. X13 məhkəmə qətnaməsinə əsasən atasının himayəsinə verilsə də 2023-cü ilin may ayından anasının yanında yaşayır. X15 100 manat miqdarında aliment alır. Odur ki, qeyd olunanların nəzərə alınaraq X1 üçün təyin olunmuş alimentin miqdarının artırılması, X2 üçün isə 236 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından 2 övladı var. İddiaçı ilə boşandıqdan sonra övladı X13 onun himayəsində, X15 isə anasının himayəsində qalmışdır. X1 üçün hər ay 100 manat məbləğində aliment ödəyir və heç bir zaman ödənişi gecikdirməmişdir. 2023-cü ilin may ayından övladı X13 anasının yanına getmiş və bir daha geri qayıtmamışdır. İddia ilə qismən razıdır. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı çatmır. Özü heç yerdə işləmir, lakin iddiaçının daimi iş yeri və kifayət qədər əmək haqqısı var. Ona görə də məhkəmədən iddianın qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 22 may 2024-cü il tarixli X21 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması tələbi” mübahisəsi üzrə 22 may 2024-cü il tarixində saat 15:00-da İddiaçı iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Kotavan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 22 aprel 2024-cü il tarixli 5-32-12/2-120/2024 saylı arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1985-ci ildə anadan olub hal –hazırda aşağıda adları gösərilən uşaqları ilə birlikdə Ağdaş rayon Kotavan kəndində yaşayır və təsərrüfatbaşına kitaba əsasən Ağdaş rayon Kotavan kəndində qeydiyyatdadırlar. Qızı- X13, X11r. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)- 57/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında Azərbaycan Respublikası Ağdaş RİHB-nın Kotavan kənd İcra nümayəndəliyində qeydə alınmış 22 aprel 2006-cı il tarixli 02 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X13 atası Cavabdeh himayəsində, xx.xx.2009-cu il tarixdə anadan olmuş X15 anası X6 himayəsində saxlanılması, Cavabdeh 04 oktyabr 2019-cu il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdən anadan olmuş X10 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq X6 xeyrinə ödənilməsi, Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Kotavan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ 484296 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. İşin materiallarında olan Ağdaş RİHB-nin Kotavan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 915825 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X7r. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı “X19” MMC-də xidmətçi vəzifəsində işləyərək 800 manat məbləğində əmək haqqı alır, Cavabdeh isə əmək fəaliyyətinə dair heç bir məlumat aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X15 doğulmuş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-57/2020 saylı qətnaməsi ilə birgə nikahlarından dünyaya gəlmiş X4 Səyat Atamoğlan qızının himayəsinə, X13 isə Cavabdeh himayəsinə verilmişdir. X5 18 yaşı olanadək saxlanılması üçün hər ay 100 manat miqdarında aliment Cavabdeh alınıb X6 xeyrinə tutulması qət edilmişdir. Hazırda uşaqların hər ikisi iddiaçının himayəsində yaşayırlar. İddiaçı “X19” MMC-də xidmətçi vəzifəsində işləyərək 800 manat məbləğində əmək haqqı alır, Cavabdeh heç yerdə işləmir. İddiaçı X10 18 yaşı olanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 236 manat olmasını, X13 üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Belə olan halda məhkəmə uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətlərini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-57/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməli, həmçinin, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş X8 18 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 150 manat aliment iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 25 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, X8 18 yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması həmin tarixdən başlayaraq hesablanmalıdır və dərhal icra olunmalıdır, X12 münasibətdə isə miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-57/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 25 iyun 2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentlərin tutulması hissəsi dərhal icra olunsun. İddianın alimentə dair təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1007/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1007/2024
23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver