Məhkəmə qərarları › İş №2(014)-1010/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1010/2020

24.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1010/2020 24.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı1 Cavabdeh iştirakı ilə, İddiaçı1, İddiaçı3 Kamil qızı, Əliyeva (Hacıyeva) Nailə Nazim qızı, İddiaçı2 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı3 Kamil qızı, Əliyeva (Hacıyeva) Nailə Nazim qızı, İddiaçı2 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-027B qeydiyyat nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsinə gələn suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələblərini müdafiə edərək izah etdi ki, Ağdaş rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 1998-ci il tarixli 15 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd ərazisindən 0.27 ha fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı, JN-111A qeydiyyat nömrəli kod 90310018 olan şəhadətnamə ilə torpaq sahəsi verilmişdir.Həmin vaxtdan etibarən o ailə üzvləri ilə həmin torpaq sahəsində məskunlaşmışlar və yaşayırlar. Həmçinin uzun müddətdir ki, həmin torpaq sahələrində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğullar. Torpaq sahələri onlara verilən zamandan onlar torpaq sahəsinə gələn suvarma arxı qonşuları Cavabdeh istifadə etdiyi torpaq sahəsindən gəlmişdir. Bügunədək də suvarma arxı üçün ödənişləri vaxtı vaxtında ödəmişlər. Bügunədək də cavabdehlə heç bir problem yaşamamışlar. Çünki, kənd ərazisindəki demək olar ki, bir çox qonşuların Suvarma idarəsi tərəfindən təşkil edilmiş suvarma arxları digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən keçir. Bir müddətdir ki, cavabdeh istifadə etdiyi torpaq sahəsindən onların torpaq sahələrinə gələn suvarma arxının suyunu kəsmişdir.Nəticədə də əkinçilik və tərəvəzin bar verən və yetişən bir dövrdə cavabdehin suvarma arxının suyunu kəsməsi nəticəsində onlara xeyli miqdarda ziyanlıq dəymişdir.Bütün bunların nəticəsində cavabdeh tutduğu əməldən əl çəkmir, qanunsuz hərəkətləri nəticəsində təsərrüfat və tərəvəzlərinə xeyli miqdarda ziyanlıq dəymişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onların torpaq sahəsinə gələn su əvvəllərdən də qonşunun ərazisindən keçərək gəlmişdir. Buna görə də məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı3 Kamil qızı, Əliyeva (Hacıyeva) Nailə Nazim qızı, İddiaçı2 və 3-cü şəxs Qoşaqovaq kənd bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçıların və 3-cü şəxs Qoşaqovaq kənd bələdiyyəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh məhkəmə iclasında iddianı rədd edərək bildirdi ki, həqiqətən də iddiaçıların torpaq sahəsinə gələn su arxı onun torpaq sahəsindən keçir. İddiaçılara dəfələrlə onun torpaq sahəsindən keçən su arxının su boruları vasitəsilə keçirilməsini təklif etsə də, iddiaçılar onunla razılaşmamışdır.Su arxının onun ərazisindən keçməsi nəticəsində onun təsərrüfatına və torpaq sahəsinə ziyan dəyir. Məhz bu səbəbdən onun ərazisindən keçərək cavabdehin torpaq sahəsinə axan su arxının önünü kəsmişdir. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq kənd Bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 11 saylı arayışdan məlum olur ki, İddiaçı1 içməli suyu uzun müddətdir ki, Cavabdeh məxsus həyətyanı sahəsindən keçir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qoşaqovaq kənd X3 üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx xxxx 2020-ci il tarixli 131 saylı arayışdan məlum olur ki, İddiaçı1 1962-ci ildə anadan olub. Hal-hazırda Ağdaş rayon Qoşaqovaq kəndində yaşayır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-111A, (kod 90310018) saylı şəhadətnaməyə əsasən İddiaçı1, İddiaçı3 Kamil qızı, İddiaçı2 və X2 Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində 0.27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qoşaqovaq kənd X3 üzrə Nümayəndəliyi tərəfindən verilmiş, xx xxxxxx 2020-ci il tarixli 164 saylı arayışdan məlum olur ki, 2(014)-226/2019 saylı mülki işin baxılması ilə əlaqədar Ağdaş rayonun Qoşaqovaq kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən su yolu əvvəllərdə iddia olunan sahədən axıdılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 63 saylı arayışdan məlum olur ki, həqiqətən uzun illər boyu İddiaçı1 həyətinə içməli və həyətin suvarılması üçün gələn su həqiqətən onun yuxarı tərəfində yaşayan qonşusu Cavabdeh Bahadır oğlunun şəxsi həyətyanı sahəsindən keçirdi. Lakin son vaxtlar aralarında yaranan şəxsi münasibətlər üzündən Cavabdeh İddiaçı1 şəxsi təsərrüfatına verilən suyu kəsmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşınatutulmuş (zəbtedilmiş) torpaqların əvvəlkivəziyyətinə gətirilməsi (oradaolanbinaların, tikililərvə qurğularınsökülməsidə daxilolmaqla) torpaqları zəbtetmiş hüquqivə fiziki şəxslərtərəfindənvə yaonlarınhesabınahəyatakeçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, İddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən və axıdılan su cavabdehin torpaq sahəsindən keçməklə onun tərəfindən qapadılmış,iddiaçılara suyun verilməsində süni maneələr yaradılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən su yolu açılmalı, suvarma aparılması üçün maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən su yolu açılsın, suvarma aparılması üçün maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar