Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1010/2025 07.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 dekabr 1956-cı il təvəllüdlü X4 20 avqust 2003-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 28 iyun 1989-cu il tarixdə X8 ilə ailə həyatı qurmuş, birgə nikahlarından bir övladları anadan olmuşdur. X8 ilə ailə həyatı qurmazdan əvvəl və ailə həyatı qurduqdan sonra mütəmadi olaraq işləmək üçün Rusiya Federasiyasına gedib gəlmişdir. X16 Federasiyasında Bransk, Rostov, Qasımov, Vladimir və Moskva şəhərlərində işlədiyini, heç bir vaxt Rusiya Federasiyasına getməmişdir. Ramiz Abdullayev 1991-ci ildə Rusiya Federasiyasına gedib bir il işlədikdən sonra qayıtmış, yenidən Rusiya Federasiyasına getmək istəyəndə xx.xx.1993-cü il tarixdə qızı Vüsalə Məmmədova doğulduğuna görə getməmişdir. 10 il Ağdaş rayonu Yuxarı Qəsil kəndində onlarla birlikdə Ramiz Abdullayevin atası evində yaşamışlar. 10 il ərzində Ramiz Abdullayev müxtəlif yerlərdə fəhlə işləyərək ailəsini dolandırmışdır. Ramiz Abdullayev atası İsmayıl Abdullayev və anası Məşrufə Abdullayeva ilə bir evdə yola getmədiklərindən, İsmayıl Abdullayevin onları evdən çıxartmaq istədiklərinə görə həyat yoldaşı Ramiz Abdullayevin dolana bilmədiyinə görə və əlavə gəlir qazanmaq üçün Rusiya Federasiyasına getmək qərarına gəlmişdir. Ramiz Abdullayev getməzdən öncə Rusiya Federasiyasına gedib 1 ay sonra onu və övladını aparmaq təklif etsə də, buna razı olmamış, Rusiya Federasiyasına getmək istəmədiyini bildirmiş, bundan sonra Ramiz Abdullayev xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Rostov şəhərinə getmişdir. Təxminən bir ay sonra tanımadığı şəxs ona 100 manat pul gətirib vermiş və Ramiz Abdullayev ilə birlikdə Rusiya Federasiyası Rostov şəhərində işləmiş və pulu evlərinə verməsini xahiş etmişdir. Bundan sonra həyat yoldaşı Ramiz Abdullayev ilə heç bir əlaqəsi olmamış, Rusiya Federasiyasına gedib-gələn qohum-əqraba həmkəndlilərindən Ramiz Abdullayevi soruşduqda Rusiya Federasiyasının müxtəlif şəhərlərində 2003-cü ildən sonra görən olmadığı bildirmişdir. Həyat yoldaşı Ramiz Abdullayev ilə sonuncu dəfə xx.xx.2003cü il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kəndindən çıxıb Rusiya Federasiyasına işləmək adı ilə gedən zaman gördüyünü və getdikdən sonra heç bir əlaqəsi olmadığını, lakin X12 Federasiyasına xx.xx.2003-cü il tarixdə gedəndən bir ay sonra tanımadığı şəxs tərəfindən Rusiya Federasiyası Rostov şəhərində bir yerdə işlədiyi tanışından bir dəfə 100 (yüz manat) pul göndərdiyini, həyat yoldaşı Ramiz Abdullayev ilə sonuncu dəfə xx.xx.2003-cü il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kəndindən çıxıb Rusiya Federasiyasına işləmək adı ilə getməsindən sonra əlaqəsi kəsilmişdir. Bundan sonra Ağdaş RPŞ-nə müraciət etmişdir. Ordan ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edib. Ramizin itkin düşməsini şahidlər təsdiq edə bilərlər. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, yoldaşı 2003-cü il tarixdən evdən çıxmışdır, həmin vaxtdan ondan heç bir xəbər yoxdur. Yoldaşı ilə 14 il bir yerdə yaşamışlar. Bir övladı vardır. Ailəyə aid torpaq sahəsi var. Həmin torpaq sahəsi üzərində səsrəncam vermək üçün həyat yoldaşının xəbərsiz itkin düşməsi faktının tanınmasına zərurət var. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs rəisi ədliyyə müşaviri Teymur Mustafayev 08 may 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağadaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 28 iyun 1989-cu il tarixli, İV-ЖГ- 443742 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X11 arasında nikah 28 iyun 1989-cu il tarixdə 07 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlanarkən ərə Abdullayev, arvada Abdullayeva soyadını verilmişdir. Azərbaycan Respublikası DİN Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, HK-1/1805/2024 saylı məktuba əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ərizəçi müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın surəti ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, xx.xx.1956-cı il təvəllüdlü X4 Azərbaycanda yaşayan qohumları ilə itmiş əlaqələrinin bərpa edilməsi üçün materialın Ağdaş RPŞ-nin CAB-a göndərilməsi, qərarın surətinin Ərizəçi göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən məhkəməyə ünvanlanmış 23 iyul 2025-ci il tarixli, 3-38-33/2-2705/25 saylı məktubda qeyd olunur ki, xx.xx.1956-cı il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2003-cü il-çıxış. Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 29/313-62/2- 3369/2025 saylı məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu Yuxarı Qəsil kənd sakini Ərizəçi Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək, həyat yoldaşı Ağdaş rayon Yuxarı Qəsil kəndində anadan olmuş xx.xx.1956-cı il təvəllüdlü X4 2003-cü ildə Rusiya Federasiyasına işləmək adı ilə getməsi, həmin vaxtlar onlarla əlaqə saxlamasını, lakin sonradan əlaqələrinin kəsilməsi bildirmişdir. Göstərilənləri nəzərə alaraq, X4 yaxınları ilə əlaqəsinin bərpa edilməsi və tapılması məqsədilə şəxsi heyəti təlimatlandırmaqla lazımi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və xidməti ərizənizdə göstərilən əlamətlərə uyğun gələn əlamətlərdə naməlum meyitin tapılıb-tapılmaması barədə şöbələrinə bildirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Ağdaş rayon Polis şöbəsi tərəfindən alınmış xx.xx.1956-ci il təvəllüdlü X7 izahatından görünür ki, X8 həqiqətən onun bacısının həyat yoldaşıdır. xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Rostov şəhərinə getmişdir. Və xx.xx.2003-cü tarixdən sonra əlaqələri kəsilmişdir. Ağdaş rayon Polis şöbəsi tərəfindən alınmış xx.xx.1978-ci il təvəllüdlü X9 izahatından görünür ki, X8 həqiqətən onun əmisidir. xx.xx.2003-cü tarixdə Rusiya Federasiyasına getmişdir. Və həmin tarixdən sonra heç bir əlaqələri yaranmamışdır. Ağdaş rayon Polis şöbəsi tərəfindən alınmış xx.xx.1957-ci il təvəllüdlü X3 izahatından görünür ki, X8 həqiqətən onun həyat yoldaşının qardaşıdır. Təxminən 2003-cü ilin avqust ayında Rusiya Federasiyasına getmişdir. Və ondan sonra Ramizlə heç bir əlaqələri olmayıb. Ağdaş rayon Polis şöbəsi tərəfindən alınmış xx.xx.1959-cü il təvəllüdlü X6 izahatından görünür ki, X8 onun qardaşıdır. 2003-cü ildə pul qazanmq üçün Rusiya Federasiyasının Bransk şəhərinə getmiş və ondan sonra heç bir əlaqələri olmamışdır. Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 5-32—12/2-474/2024 saylı məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X8, Ağdaş rayonu,Yuxarı Qəsil kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşamır. X2 sərhədkeçmə sorğusundan görünür ki, X8 xx.xx.2003-cü il tarixdə 09:00 saatlarında Samur DSBM-dən çıxış etmişdir. Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli 5-32-12/2-479/2024 saylı arayışdan görünür ki, Ərizəçi əri xx.xx.1956-cı il təvəllüdlü X8 nümayəndəliyin təsərrüfatbaşına kitabı üzrə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində ayrı təsərrüfatdır və hal-hazırda həmin kənddə qeydiyyatdadır. Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 164 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Qəsil kənd nümayəndəliyinin Yuxarı Qəsil kəndinə aid olan 2001- 2002-2003-2004-2005-ci illərin 03 saylı təsərrüfatbaşına kitabının 233 saylı təsərrüfatı X4 adına olmaqla təsərrüfatında X8 (ailə başçısı), Ərizəçi (h.yoldaşı), X5 olması və X4 adına 0.12 ha torpaq sahəsinin olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4-cü maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 314.2-ci maddəsinə əsasən hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, 08 dekabr 1956-cı il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan X4 20 avqust 2003-cü il tarixdən itkin düşməsi işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı onun hal-hazırda harada olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 08 dekabr 1956-cı il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan X8 20 avqust 2003-cü il tarixdən itkin düşmüş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 dekabr 1956-cı il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan X8 20 avqust 2003-cü il tarixdən itkin düşmüş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1010/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1010/2025
07.08.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver