Məhkəmə qərarları › İş №2(014)-1011/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1011/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1011/2024 23.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6200 (altı min iki yüz) manat pulun, 5000 manat məbləğində ona dəymiş mənəvi ziyan, 150 (yüz əlli) manat məbləğində Ağdaş rayon məhkəməsinə getmək üçün yol xərcləri, vəkil xidməti üçün ödənilmiş 100 manat və məhkəməyə iddia ərizəsi vermək üçün 137 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə 11 oktyabr 2021-ci il tarixdə rəsmi şəkildə müqavilə bağlayaraq ona 22000 (iyirmi iki min) manat məbləğində pul vermişdir. O, isə həmin pulu 2022-ci ilin fevral ayının sonuna kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin öhdəliyini yerinə tam yetirməmişdir. Belə ki, cavabdeh həmin məbləğdən 6000 manat hissəsini geri qaytarmışdır. Çox saylı şikayətlərindən sonra müəyyən müddət ərzində cavabdeh ona borc məbləğindən daha 9800 manat qaytarmışdır. Lakin qalan 6200 manat borc hissəsini qaytarmamışdır. O, dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onun pulunu geri qaytarmaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı şəkildə müraciət edərək ona olan 6200 manat borcunun qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən təklifinə heç bir reaksiya verilməmişdir. Nəticə də o da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan borc pul götürmüşdür. Hər dəfə pulu qaytaracağını bildirsə də, heç bir ödəniş etməmişdir. 1-ci dəfə pulunu istəmək üçün cavabdehin evinə getdikdə cavabdehin oğlanları üstünə hücum etdiyindən, qorxaraq oradan ayrılmışdır. Onda təzyiqdən başqa heç bir xəstəlik yox idi, cavabdehin hərəkətlərindən sonra onda şəkərli diabet xəstəliyi yaranmışdır. 2-ci dəfə cavabdehin yoldaşı ona zəng edərək evlərinə çağırmış, bu zaman cavabdeh əlində dərmanla gələrək, dərmanı içəcəyini və özünü öldürəcəyini deyib ona hədə-qorxu gəlmişdir. Bu hərəkətlərdən sonra cavabdeh ilə aralarında saziş bağlanılmışdır. Cavabdeh ilə hər ay 300-500 manat ödəniş etməsi barədə razılığa gəlmişlər. Ondan sonra cavabdeh bir neçə dəfə də ona hədə qorxu gəlmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında yazılı və şifahi şəkildə izahat verərək, İddiaçı həqiqətən 6200 manat borcu olduğunu, gələcəkdə borcunu hissə-hissə qaytaracağını, iddianı qalan hissədə qəbul etmədiyini bildirmişdir. İşin materiallarında olan 11 oktyabr 2021-ci il tarixli barışıq sazişinin sürətindən görünür ki, X4 ilə Cavabdeh arasında saziş bağlanmış, sazişə əsasən X4 Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində borc pul vermişdir. Cavabdeh X2 aldığı 22000 manat pulu 2022-ci ilin fevral ayınadək ayda 500 manatdan az olmamaqla qaytarmağı öhdəsinə götürmüşdür. Son ödənişi 2022-ci ilin fevral ayının sonunda həyata keçirəcəyini bildirmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, X4 Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 118 (yüz on səkkiz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 60 (altmış) qəpik bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 51/2-91645 saylı məktubdan görünür ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq, polis mayoru Alqayıd Mikayılov tərəfindən material araşdırılmış, 29 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, araşdırma zamanı həm İddiaçı həm də Cavabdeh izahatları alınmış, həmin izahatlarla da İddiaçı Cavabdeh 22 000 manat pul vermiş, Cavabdeh ona 6000 manat borcunun qalmışdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı vəkil X1 hesabına 101 manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı insulindən asılı olmayan şəkərli diabet diaqnozu qoyulmuşdur. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarında 11 oktyabr 2021-ci il tarixdə rəsmi şəkildə müqavilə bağlanmış, İddiaçı Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul vermişdir. Cavabdeh isə həmin pulu 2022-ci ilin fevral ayının sonuna kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh razılaşdırılmış pul məbləğindən 15.800 manatı qaytarmış, qalan 6200 manatı ödəməkdən boyun qaçırmışdır. Cavabdeh məhkəmədə iddianı qismən etiraf edərək həqiqətən iddiaçıya 6200 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin məbləği hissə-hissə ödəyəcəyinə dair söz vermişdir, iddianı qalan hissədə qəbul etmir. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı vəkil X1 hesabına 101 manat məbləğində ödəniş etmiş və xx.xx.2024-cü il tarixli ödəniş qəbzini iddia ərizəsini əlavə etmişdir. İddiaçının iddia ərizəsində tələb etdiyi 5000 manat məbləğində mənəvi zərər və 150 (yüz əlli) manat məbləğində Ağdaş Rayon Məhkəməsinə getmək üçün yol xərclər hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hər hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olmasını təsdiq edən hansı bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin yola sərf olunan məbləğin sübutu kimi hər hansı qəbzlər də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərərin vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vururlmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6200 manat borc və vəkil xidməti üçün ödənilmiş 100 manat pul alınaraq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 83 (səksən üç) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа tələbi qismən təmin еdilsin. Cavabdeh 6200 (altı min iki yüz) manat borc və vəkil xidməti üçün ödənilmiş 100 (bir yüz) manat pul tutularaq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 83 (səksən üç) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar