Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-102/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «su yolunun açılması, qanunsuz açılmış qapının bağlanması və qanunsuz tutulmuş yolun açılması» tələbinə dair işə 23 yanvar 2025-ci il tarixdə Ağdaş rayon məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «su yolunun açılması, qanunsuz açılmış qapının bağlanması və qanunsuz tutulmuş yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tutulmuş İddiaçı mülkiyyətinə olan ünvan 1i ünvanında yerləşən 0.15 ha torpaq sahəsi və 123.2 kv.m fərdi yaşayış evinə gedən su yolunun açılması, Cavabdeh Tez-Bazar adlı market qanunsuz açdırdığı qapının bağlanması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətinə gedən qanunsuz tutulmuş yolun açılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən çıxarışa əsasən ünvan 1i ünvanında 0.15 ha torpaq sahəsi və 123.2 kv.m fərdi yaşayış evi vardır. Belə ki, cavabdeh olan şəxs ona məxsus küçədə Tez-Bazar adlı market inşa etmişdir. Cavabdeh həmin marketi tikən zamana su arxını bağlanmış və turba vasitəsi ilə arxı həmin mağazanın altından keçirmişdir. Bundan başqa cavabdeh ona məxsus torpaq sahəsi və fərdi yaşayış evinə gələn yolu tutaraq xəbt etmişdir. Eyni zamanda cavabdeh həmin marketə qanunsuz olaraq tikinti normalarını pozmaqla qapılar açmış və həmin qapıdan marketə gələn məhsulları qəbul edir. Nəticədə onun evinə gələn yol cavabdeh tərəfindən süni olaraq hər gün bağlanır. Onun qanunsuz hərəkətləri nəticəsində həm mülkiyyətindən olmuş, həm də ona külli miqdarda maddi ziyanlıq dəymişdir. Cavabdeh belə hərəkətləri nəticəsində onun qanunla qorunan torpaq üzərində olan mülkiyyət hüquqlarını pozur. Nəticədə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahatında və məhkəməyə vermiş olduğu ərizədə bildirir ki, cavabdeh tərəfindən bağlanılan yol o, məhkəmə hazırlıq iclasından sonra açılmışdır. Onun qapısı tərəfə açılan darvaza da məhkəmə yerində baxış keçirdikdən sonra bağlanmışdır. Su yolu ilə bağlı hissədə isə işinə baxılmasını istəmir. Cavabdeh onun istədiklərini etmişdir, artıq aralarında heç bir mübahisə yoxdur. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin yol əslində onun tərəfindən bağlanılmamışdı, sadə düzəltmək üçün həmin yola xırda daş tökdürmüş, səhəri gün də yola dağıdılmışdır. Onun qapısı tərəfə açılan darvazanı da məhkəmə yerində baxış keçirdikdən sonra bağlamışdır. Su yolu ilə bağlı hissədə isə həmin arxa qalın boru qoydurmuşdur, tez-tez də həmin borunu təmizlədir. Onun kəndə su vermək səlahiyyəti yoxdur, su açıldıqda arxa gəlir, hər kəs istifadə edir. Ayda bir dəfə su gəlir. Suya görə heç kim əkin əkmir. Ora su çəkmək mümkün deyil. Onlardan əvvəl bir çox təsərrüfat su götürür oradan, onlara çatanda su gəlib çıxmır. O özü də əkin əkə bilmir. İddiaçı iddianın baxılmasını istəməsə də o, baxılmasına təkid edir. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, iddiaçı onunla qonşu olmaqla torpaq sahələrini və fərdi yaşayış evi ilə yanaşı sərhəddə yerləşir. Hər ikisinin fərdi yaşayış evi Bakı-Yevlax-Qazax (İpək Yolu) avtomobil yolunun sol tərəfində yerləşir. Xüsusi mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi ilə “İpək Yolu” avtomobil yolu arasında yerləşən 0.072 ha torpaq sahəsini oğlu X1 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanuni əsaslarla əldə etmişdir. Oğlu həmin ticarət obyektini sənədləşdirmək, inşa və sahibkarlıq fəaliyyətini idarə elmək üçün adına etibarnamə vermişdir. Onlar torpaq sahəsi üzərində sahibkarlıq obyekti inşa etdirmək və istifadə etmək üçün əlaqədar idarə və təşkilatlardan icazə alındıqdan sonra həmin ərazidə ticarət obyekti tikdirmişlər. Ticarət obyekti cavabdehin həyəti və evinin sol qarşı tərəfində yerləşir. Həmin ticarət obyekti “İpək yolu’’ beynəlxalq avtomobil yolunun kənarında yerləşdiyindən Azərbaycan Respublikasında keçirilən COP 29 tədbirləri ilə əlaqədar ticarət obyektinin ətrafını, o cümlədən cavabdehin və onun həyətlərinə gediş-gəliş yolu kənd icra nümayəndəliyinin və bələdiyyənin əməkdaşları vasitəsi ilə həmin ərazidə abadlıq işləri aparılmış, ərazi kol və alaq otlarından təmizlənmiş, çala-çuxur yerləri torpaqla doldurularaq hamar vəziyyətə salınmış, torpaq sahəsinin üzərinə qravil tökülərək hamarlanmışdır. Ticarət obyektinin qarşı tərəfi torpaqla doldurulan zaman ərazidə yaşayan sakinlərin həyətləri üçün nəzərdə tutulmuş cavabdehin iddia ərizəsində mübahisələndirdiyi və “su arxı” adlandırdığı keşkal obyektin qarşı tərəfindən keçdiyindən həmin keşkal tərəflərindən qazılmış, obyektin qarşısından keçən hissəsi tərəflərindən 500-lük boru ilə əvəz edilmiş, boru mütəmadi olaraq təmizləmək məqsədi ilə boru boyu hər 6-8 metrdən bir texniki qurğular (kolodeslər) quraşdırılmışdır. Su keşkalı Ağdaş-Pirəzə avtomobil yolu tərəfdən gəlir və onlar obyektə qədər digər həyətlərə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş körpülərə nəzər salınsa oraya quraşdırılmış borunun ölçüsünün 220-lik olması aydın görünür. Deməli həmin su yolu iddiaçının dediyi kimi su arxı yox, su keşkalıdır. Obyektin qarşısında və ətrafında aparılan abadlaşdırma işləri tam başa çatdırıldıqdan sonra obyektin yol istiqamətindən sağ tərəfi və cavabdehin həyətinin divarı boyunca həmişəyaşıl ağaclar əkilmişdir. İpək yolu tərəfdən cavabdehlə həyətlərinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol da tam bərpa olunmuşdur. O obyektin texniki pasportunda qeyd edilmiş qaydada gediş-gəliş yolunun sol tərəfindən mişar daşından hasar çəkdirmişdir. Hasarın qutaracağından obyektin inzibati binası ilə hasar arasında darvaza quraşdırmışdır. Abadlıq işləri görülən zaman rəhbərlik tərəfindən obyektə giriş qapısının baş tərəfdən yox, küçədən nəzərdə tutulduğu ona izah edilmiş və yerinin dəyişdirilməsi təklif olunmuşdur. Bundan sonra o həmin dəmir darvazanın yerini dəyişərək cavabdehlə mülkünə gediş-gəliş üçün nəzərdə tutulmuş küçəyə quraşdırmışdır. Cavabdehin mülkiyyətində olan yaşayış sahəsi (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) ilə su keçkalı arasında boş ərazi var. Onların hər ikisinin həyətlərinə və ticarət obyektinə gedişgəliş üçün küçə həmin boş ərazidən obyektin sağ tərəfindən nəzərədə tutulub. O həyətinə və obyektin inzibati binasına gediş-gəliş üçün həyət darvazasını hasardan həmin boş əraziyə açılan tərəfə quraşdırmağı cavabdehin xoşuna gəlməmişdir. Görünür cavabdeh başqasının mülkiyyətində olan həmin boş ərazini də özününkü hesab edir və onun həyətinə və obyektə gedib gəlmək üçün ərazinin həmin hissədən istifadə etmək istəmir. Ona görə də heç bir subyektiv hüquqi əsası olmadığı halda ona qarşı belə əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərdiyi işin faktiki halları etirazının əsaslarını təşkil edən etiraza əlavə etdiyi sənədlərlə tam təsdiqini tapır və sübut olunur. Bunun əksi olaraq iddiaçının iddia ərizəsində tələbinin əsasını təşkil edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin əsasını təşkil edən sübutlarını, yəni mübahisələndirdiyi gediş-gəliş və su yolarının tərəfindən qanunsuz zəbt etməyi, həyətindən və ticarət obyektinin həyətindən küçəyə quraşdırılmış qapının qoyulmasını, küçənin yalnız onun həyətinə gedib-gəlinməsi üçün nəzərədə tutulduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda yuxarıda qeyd etdiyi qanunvericiliyin tələbərinə görə hesab edir ki, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqi əsasları yoxdur. İddia tələbinin əsassız olduğundan rədd edilməsi etiraza əlavə etdiyi sənədlərlə tam sübut olunur. Ona görə də yuxarıda göstərdikləri, iddiaçının iddia tələbinin əsası kimi mübahisələndirdiyi gediş-gəliş və su yolarının tərəfindən qanunsuz, zəbt etməyi, həyətindən və ticarət obyektinin həyətindən küçəyə quraşdırılmış qapının qoyulmasını, küçənin yalnız onun həyətinə gedib-gəlinməsi üçün nəzərədə tutulduğunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməməsini və iddia tələbinə qarşı etirazını və etiraza əlavə olunmuş sənədləri nəzərə alaraq iş üzrə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlardan istifadə edilməsini və onlara düzgün hüquqi qiymət verilməsini, iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, Ağdaş rayon, Yuxarı Ləki kəndində yerləşən 0.15 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/0582 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli ********** saylı ərizəsinə və xx.xx.2018-ci il tarixli ********** saylı müqaviləyə əsasən ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan fərdi yaşayış evi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evlərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Daşınmaz əmlakın 16 fevral 2018-ci il tarixinə bazar dəyəri 26400 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair 003157 saylı şəhadətnamənin surətindən görünür ki, X7 ünvan 1ində qeyri yaşayış(mağaza) obyekti verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, Ağdaş rayon, Yuxarı Ləki kəndində yerləşən 0.25 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Yuxarı Ləki kənd sakini X7 Yuxarı Ləki kəndində qeyri-yaşayış (mağaza) obyektinin tikintisinə icazə verilməsi barədə AR Ağdaş Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 11 yanvar 2021-ci il tarixli sərəncamı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli giriş-çıxış yoluna texniki şərtin verilməsi barədə məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 262+850 hissəsində (yaşayış məntəqəsi) yolun sol tərəfində yerləşən qeyriyaşayış obyektinin ərazisinə giriş-çıxış yolunun tikintinsə razılıq verilməsi ilə bağlı ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X5 Xidməti” MMC-nin 30 aprel 2021-ci il tarixli, 223 nömrəli məktubu ilə bildirdiyi rəyi nəzərə alaraq sözügedən giriş-çıxış yolunun Tikinti Norma və Qaydalarına uyğun təhlükəsiz tikitisinə dair texniki şərti təqdim edirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/31362/2-29469/2024 saylı məktuba əlavə edilmiş xx.xx.2024 saylı arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Yuxarı Ləki kənd sakini X8 Azərbaycan Respublikası DİN-in “102” Xidməti- Zəng xidmətinə müraciət edərək qonşusu Bəhruzun onun yolunu bağlayıb, başqasına yol açmasını bilmirməsi ilə əlaqədar icraatına HK-2/2990 nömrəli material daxil olmuşdur. Tərəfindən aparılmış araşdırma zamanı izahatı alınmış Ağdaş rayon Yuxarı ləki kənd sakimi X3 rayon Yuxarı Ləki kəndində yerləşən ona məxsus evinin olduğunu evinin qarşısında olan küçədə Bəhruz adlı şəxsin Tez-Bazar adlı restoran açdırdığını, Bəhruzun yolu genişləndirirək daş tökdüyünü bu səbəbdən ona məxsus yolun bağlandığını, bu barədə Bəhruza irad bildirməsinə baxmayaraq əhəmiyyət verməməsinə görə narahat olaraq xx.xx.2024-cü il tarixdə AR DİN-in 102 xidmətinə müraciət etdiyini, ona məxsus yolun qazılmamasını istədiyini bu barədə ona köməklik göstərilməsini izahatında bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/31362/2-29469/2024 saylı məktuba əlavə edilmiş xx.xx.2024 saylı raportun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 11:37-də Ağdaş rayonu Ləki qəsəbəsində yaşayan X6 DİN-in 102 XZM-nə zəng edərək, qonşusu Bəhruzun onun yolunu bağlayıb, başqasına yol açması ilə bağlı müraciət etməsi və işin Ağdaş RPŞ-də araşdırılması və aparılan araşdırmadan, məlumat verilməməsindən narazılığı barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis X2 tərəfindən verilmiş izahatdan görünür ki, O Ağdaş rayon Yuxarı Ləki kəndində ailəsi ilə birlikdə yaşayır. Orada evin qarşı tərəfini Bəhruz adlı şəxs Tez-Bazar restoran açıb və ərazini genişləndirmişdir. Torpaq və daş tökərək oradan keçən yolunu bağlamışdır. Ona dəfələrlə xəbərdarlıq etsə də, ona əhəmiyyət verməmişdir. Oranın açılan yolu ekskavatr gəlib qazır, o hərəkət edə bilmir. Ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 23/3/3-62/2-25677/24 saylı məktubdan görünür ki, tərəflərindən aparılmış araşdırma zamanı toplanmış materialda heç bir cinayət və inzibati xəta tərkibi olmadığı müəyyən olunduğundan toplanmış material Ağdaş RPŞnin dəftərxanasında işə alınmışdır. İş materiallarında oan yerində baxış protokolundan görünür ki, cavabdeh tərəfindən mülkiyyətçinin giriş-çıxış qapısının sağ tərəfində qoyulmuş giriş çıxış qapısı iddiaçıya heç bir maneə törətmir. İddiaçı giriş-çıxış yolunun bağlanmasını iddia etsə də baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı cavabdehin onun su arxını bağladığını iddia etsə də baxış zamanı cavabdehə məxsus marketin altından həmin arxa iri həcmli boru qoyularaq suyun axmasının təmin edildiyi müşahidə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında İddiaçı izahatında və təqdim etdiyi ərizəsində işə baxılmasını istəmədiyini, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırıldığını bildirmişdir. Cavabdeh da iddiaçının iddia ərizəsində göstərdiyi qapını bağlatdırdığını, yolu da açdırdığını, lakin su yolunda heç bir maneə törətmədiyini billdirərək iddiaya mahiyəti üzrə baxılmasını tələb etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, cavabdeh tərəfindən mülkiyyətçinin giriş-çıxış qapısının sağ tərəfində qoyulmuş giriş çıxış qapısı iddiaçıya heç bir maneə törətmir. İddiaçı giriş-çıxış yolunun bağlanmasını iddia etsə də baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı cavabdehin onun su arxını bağladığını iddia etsə də baxış zamanı cavabdehə məxsus marketin altından həmin arxa iri həcmli boru qoyularaq suyun axmasının təmin edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «su yolunun açılması, qanunsuz açılmış qapının bağlanması və qanunsuz tutulmuş yolun açılması» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «su yolunun açılması, qanunsuz açılmış qapının bağlanması və qanunsuz tutulmuş yolun açılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-102/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-102/2025
23.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver