Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1022/2020 04.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı «X5» MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı «X5» MMC-nin cаvаbdеh Cavabdeh qarşı «X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı «X5» MMC cаvаbdеh Cavabdeh qarşı «X5» MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X5» MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3753 (üç min yeddi yüz əlli üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X5» MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixində Baş satıcı, xx.xx.2018-ci il tarixində isə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-Zabrat 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən yekun ziyan məbləği 3803 (üç min səkkiz yüz üç) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 3803 (üç min səkkiz yüz üç) manat borcdan 50(əlli) manat ödəniş etmiş qalıq borc 3753 (üç min yeddi yüz əlli üç) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı «X5» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, borclu Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozduğundan iddianın təmin edilməsini və bu barədə qətnamə çxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, «X5» MMC (bundan sonra Cəmiyyət) ilə onun arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixində Baş satıcı, xx.xx.2018ci il tarixində isə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il əmrlə işdən azad edilmişdir. O, iş yerində heç bir intizam xətasına yol verməmiş, «X5» MMC-yə heç bir maddi ziyan vurmamışdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını nəzərə alaraq, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 437-K saylı əmrdən çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3(üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli X4 haqqında müqaviləyə əsasən «X5» MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 265-K saylı əmrdən çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Departamentinə xx xxxx 2018-ci il tarixdən Baş satıcı vəzifəsinə keçirilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli X4 haqqında müqaviləyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixində Baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 282-K saylı əmrdən vəzifə dəyişikliyi haqqında çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Departamentinə xx xxxx 2018-ci il tarixindən Administrator vəzifəsinə keçirilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli X4 haqqında müqaviləyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixində administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 309-K saylı əmrdən çıxarışdan, Cavabdeh Sakit oğlu Cəmiyyətin Satış Departamentinin satış 1 şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam versilməsi, son haqqhesab: istifadə edilməmiş 21.06 (iyirmi bir tam yüzdə altı) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC-nin İnventarizasiya şöbəsinin araşdırma qrupu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli iltizamnaməyə əsasən Cavabdeh ilə OBA Retial Chain MMC arasında iltizamnamə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli DN-1642 saylı xəbərdarlıqdan məlum olur ki, 3 gün müddətində maddi ziyanı Cəmiyyətə ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli OBA Retial Chain MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə maliyyə arayışından məlum olur ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3803 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 3803 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 50 manat güzəşt edilməklə 3753 (3803-50) manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən Cavabdeh 3803 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətləri xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyannın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı «X5» MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixində Baş satıcı, xx.xx.2018-ci il tarixində isə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-Zabrat 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən yekun ziyan məbləği 3803 (üç min səkkiz yüz üç) manat məbləğində zərər vurmuşdur. Maliyyə arayışından məlum olur ki, həmin 3803 (üç min səkkiz yüz üç) manat borcdan 50(əlli) manat ödəniş etmiş qalıq borc 3753 (üç min yeddi yüz əlli üç) manat təşkil edir. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3753 (üç min yeddi yüz əlli üç) manat məbləğində ziyan və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X5» MMC-yə verilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdeh 3753 (üç min yeddi yüz əlli üç) manat məbləğində ziyan və 30 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı «X5» MMC-nin xeyrinə verilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: N.M.Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1022/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1022/2020
04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver