Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1027/2020 14.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı“X1” MMC-nin nümayəndəsi N.Xəlilovun Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC-nin Cavabdeh qarşı əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 25520 manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1” MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2017-ci il tarixdə baş satıcı, xx xxxx 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdehlə aralarında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir, xx xxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 25520 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdehə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddiaçı “X1” MMC-nin nümayəndəsi N.Xəlilov məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddia ilə razı deyillər. Yaranmış ziyan məbləği malların qiymətinin kəskin artması ilə əlaqədardır. İddiaçı hər zaman işində məsuliyyətli olmuş və iddiaçıya hər hansı bir ziyan vurmamışdır. 25520 manat pulun çatışmamazlığında cavabdehin heç bir günahı yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2017-ci il tarixdə baş satıcı, xx xxxx 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin cavabdehlə aralarında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş yerində iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə Oba-Nərimanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir, xx xxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 25520 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh “X1” MMC-də admnistrator vəzifəsinə təyin edilərək tam maddi məsuliyyət barədə üzərinə öhdəlik götürmüş, cavabdehin admnistrator işlədiyi müddətdə isə müəssisədə 25520 manat çatışmamazlıq müəyyən edilmişdir. Odur ki, qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurmuş olduğu 25520 manat miqdarında zərəri ödəmədiyindən, 25520 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçı “X1” MMC-yə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırki iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-nin xeyrinə 25520 manat vurulmuş ziyana görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 25550 (iyirmi beş min beş yüz əlli) manat tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonar icra edilir. Sədrlikedən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1027/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1027/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver