Məhkəmə qərarları › İş №2(014)-1034/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1034/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1034/2021 21.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dаir işə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1476.00 (bir min dörd yüz yetmiş altı) manat, faiz borcu üzrə 1698.00 manat, cərimə borcu üzrə 00.00 manat olmaqla cəmi 3174 (üç min yüz yetmiş dörd) manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli, **********0062 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılıaşdırılması üçün illik 32.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400 (iki min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borcunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşmdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 24.11.2020-ci il tarixli, **********0062 saylı kredit müqaviləsi 08.02.2016-ci il tarixli eyni saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin ica olunmamış hissəsi, əsas borc 1476.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə 11 mart 2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 08.02.2016-cı il tarixli **********0062 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 1476.00 manat, faiz borcu üzrə 1698.00 manat, cərimə borcuna görə 00.00 manat, cəmi 3174 manat təşkil edir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı nümayəndəsinin teleqramini nəzərə alıb, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli, **********0062 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılıaşdırılması üçün illik 32.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400 (iki min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borcunun hər ay 138 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşmdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 24.11.2020-ci il tarixli, **********0062 saylı kredit müqaviləsi 08.02.2016-ci il tarixli eyni saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin ica olunmamış hissəsi, əsas borc 1476.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə 11 mart 2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən 08.02.2016-cı il tarixli **********0062 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 1476.00 manat, faiz borcu üzrə 1698.00 manat, cərimə borcuna görə 00.00 manat, cəmi 3174 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği də tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunuda cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir:-birinci, o, hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. Müəyyənliyin qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalətli mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2014-cü il tarixli, **********0062 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılıaşdırılması üçün illik 32.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2400 (iki min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borclunun izahatına görə 2015-ci ilə qədər ödəniş etmiş, 2015ci ildən sonra maddi imkanı olmadığından 2015-ci ildən sonra ödəniş etməmişdir. Kredit müqaviləsinin müddəti isə 20.11.2016-ci il tarixdə bitsə də, iddiaçı məhkəməyə 07.04.2021-ci il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas öhdəliyə görə iddia müddətinin keçməsi əsasına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar