Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1036/2021 02.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı "xxxx" QBKT MMM-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QBKT MMM cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış 30.11.2015-ci il tarixli, **********6820 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 30.11.2015-ci il tarixli, **********6820 saylı kredit müqaviləsi 30.04.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2462,00 USD, faiz 0,00 USD, cərimə 0,00 USD müəyyən edilmişdir. Eyni tarixli, **********1723-510527 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 11.03.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 1902,74 USD, faiz borcuna görə 00,00 USD, cərimə borcuna görə 0,00 USD, cəmi 1902,74 (min doqquz yüz iki dollar, yetmiş dörd sent) USD təşkil edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1902,74 USD, faiz borcuna görə 00,00 USD, cərimə borcuna görə 0,00 USD, cəmi 1902,74 (min doqquz yüz iki dollar, yetmiş dörd sent) USD məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" QBKT MMM-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" QBKT MMM-in nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, bildirdi ki, iddiaçı "xxxx" QBKT MMM, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Htilmət oğlu və Cavabdeh3 qarşı borc tələbinə dair ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir və həmin ərizə üzrə mülki iş Ağdaş Rayon Məhkəməsinin icraatındadır. İcraatda olan 2(014)-1036/2021 saylı mülki iş, zamin Cavabdeh3 rəhmətə getməsi səbəbindən 17 iyun 2021-ci il tarixli qərardadla qeyd edilən zaminin hüquqi varisi müəyyən edilənə kimi dayandırılması qərar alınmışdır. Hal-hazırda isə iş üzrə iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Belə ki, Cavabdeh1 **********6820 saylı kredit müqaviləsinin müddətinin sonuna olan borcu əsas borc üzrə 1902,74 USD, faiz borcu üzrə 0,00 USD, cərimə borcu üzrə 0,00 USD olmaqla cəmi 1902,74 USD olduğu müəyyən edilmişdir. Eyni tarixli, **********1723-510527 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********1***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Lakin zamin Cavabdeh3 rəhmətə getməsi səbəbindən iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, qeyd edilən mülki işin icaatının bərpa edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1902,74 USD, faiz borcuna görə 0,00 USD, cərimə borcuna görə 0,00 LTSD, cəmi 1902,74 (min doqquz iki dollar, yetmiş dörd sent) USD məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" QBKT MMM-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QBKT MMM-in nümayəndəsi X2 məhkəməyə teleqram ünvanlayaraq iştirakları olmadan işə baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 30.11.2015-ci il tarixli, **********6820 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan 20.04.2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişindən görünür ki, 2462,00 ABŞ dolları məbləğ 24 ay müddətinə 18 faiz dərəcəsi ilə hesablanmışdır. İşin materiallarında olan 20.04.2016-cı il tarixli, № **********1723-510527 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 20.04.2016-cı il tarixli, **********1723 saylı kredit müqaviləsinə əsasən (kredit müqaviləsi), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (kredit alan) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən kredit alan 24 ay müddətində 2462,00 ABŞ dolları məbləğində pul vəsaitini illik 18,00 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İşin materiallarında olan 11.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.03.2021-ci il tarixə "xxxx" QBKT MMM-ə əsas borc üzrə 1902,74 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları, cərimə borcu üzrə 0 ABŞ dolları olmaqla, cəmi 1902,74 ABŞ dolları borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" QBKT MMM Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.06.2021ci il tarixli, 05/Q-103/13 saylı məktubdan görünür ki, “X1” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində araşdırma aparılmış və Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan Cavabdeh3 01.11.2019-cu ildə vəfat etmiş və 06.11.2019-cu il tarixli 459 nömrəli akt qeydi ilə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən ölümü qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 arasında bağlanmış 30.11.2015-ci il tarixli, **********6820 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23,77% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. 20.04.2016-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2462,00 ABŞ dolları, 18 faiz dərəcəsi, cərimə 0 ABŞ dolları müəyyən edilmişdir. 11.03.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 1902,74 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları, cərimə borcu üzrə 0 ABŞ dolları olmaqla, cəmi 1902,74 (min doqquz yüz iki dollar, yetmiş dörd sent) ABŞ dolları təşkil edir. 20.04.2016cı il tarixli, № **********1723-510527 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 20.04.2016-cı il tarixli, **********1723 saylı kredit müqaviləsinə əsasən (kredit müqaviləsi), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (kredit alan) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 20.04.2016-cı il tarixli, № **********1***-******* saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 20.04.2016-cı il tarixli, **********1723 saylı kredit müqaviləsinə əsasən (kredit müqaviləsi), həmin müqavilə üzrə kredit alan olan Cavabdeh1 (kredit alan) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 17.06.2021-ci il tarixli, 05/Q-103/13 saylı məktuban görünür ki, Cavabdeh3 01.11.2019-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 20.04.2018-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından artıq 3 ildən artıq vaxt keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 3.1-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildyi vaxta qədər qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə müvafiq olaraq müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 cəmi 1902,74 ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" QBKT MMM-ə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 cəmi 1902,74 ABŞ dolları borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" QBKT MMM-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1036/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1036/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver