Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1042/2020 27.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (min) manat pulunun və dövlət hesabına ödədiyi 30 manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-2318/2016 saylı xx xxxx 2016-cı il tarixli Məhkəmə əmrinə əsasən əsas kredit borcu 1641,21 manat, faiz borcu 312.20 manat cəmi 1953,41 manat borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, Cavabdeh və İddiaçı Ağaəli oğlundan alınaraq “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi əmr edilmişdir.Bildirir ki, həmin krediti Cavabdeh götürmüşdür, o həmin kreditdən istifadə etmişdir. Kredit ödənişlərini də X1 özü ödəyirdi. O müqaviləyə imza atan zaman elə bilmiş ki, bu zaminlik müqaviləsidir, lakin hazırda ona məlum olur ki, İradə onu birgə kredit götürən kimi qeyd etdirib.2016-cı ildə İradə ödəmələri dayandırdığından bank onları məhkəməyə verdi və məhkəmə əmri icraya yönəldi, onun əmək haqqından 1666 manat “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutuldu. Həmin məbləğdən bir hissəini X1 ona qaytarmışdır, lakin hazırda ona 1000 manat borcu qalmışdır. Həmin 1000 manat pulunu qaytarmır. Son zamanlar ona dedi ki bu borcu hər ay 20 manat olmaqla verəcək, o razı olmadı, borcunu birdəfəyə tələb etdi, İradə isə buna razı olmadı.Cavabdeh onun 1000 manat pulunu könüllü qaytarmaqdan yayındığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, həqiqətəndə onun İddiaçı Ağaəli oğluna 1000 manat borcu var və ödəməyə razıdır. Cavabdeh məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ərazi Bölmələrini İdarəetmə birliyi Publik hüquqi şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 606 saylı məktubdan məlum olur ki, İddiaçı Ağaəli oğlundan “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı olan 1953.41 manat məbləğində kredit borcu, 20 manat dövlət rüsumu , 138.14 manat icra ödənişindən 1666.0 manat cərimə borcu tutularaq müvafiq hesaba köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 2(014)-2318/2016 saylı məhkəmə əmrinin surətindən məlum olur ki, əsas kredit borcu 1641.21 manat, faiz borcu 312.20 manat, cəmi 1953,41 manat borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, xx xxxxxx 1970-ci il tarixdə Ağdaş rayonunda doğulmu, Ağdaş rayonu Malay kəndində yaşayan Cavabdeh xx xxxx 1960-ci il tarixdə Ağdaş rayonunda doğulmuş Ağdaş rayon Malay kəndində yaşıyan İddiaçı Ağaəli oğlundan alınaraq “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdehİddiaçı 1000 manat məbləğində borcu vardır. AR MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. AR MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. AR MM-nin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. AR MM-nin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; AR MM-nin 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul və dövlət hesabına ödədiyi 30 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1042/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1042/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver