Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1044/2020 29.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mubariz oğlu, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir iddiа ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərində uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, o yaşayış yeri barədə sənədləri və iddia tələbinin əsasını təşkil edən sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində göstərilir ki, iddia ərizəsi verilərkən işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Belə olan halda məhkəmə tərəfindən məhkəmə bildirişinin lazımi ünvana göndərilməsi və çəkişmə prinsipinin təmin edilməsi mümkün olmur. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə görə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri ərizəyə əlavə olunmalıdır. İddia ərizəsindən də görünür ki, iddiaçı cavavbdehin ünvanı qeyd etsə də, həmin ünvanda qeydiyyatda olub olmaması barədə arayışı və öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiаçıya izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1,
152. 152.3, 152.4, 268-269-cu maddələrinin rəhbər tutaraq , məhkəmə
QƏRARA ALDİM:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiаçıya izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Ağdaş rayon məhkəməsinə şikayət verilə bilər.
HАKİM: NİZAM ƏLİYEV